Məhkəmə qərarları › İş №3(009)-735/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-735/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-735/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin baş direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 31 yanvar 2024-cü il tarixli "İnzibati xəta haqqında" Protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərəfimdəm törədilməsi və həmin protokol əsasında barəsində "Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalara bağlı" qəbul edilmiş "İnzibati tənben vermə MX ******* nömrəli, 13 fevral 2024-cü il tarixli qərarına əsasən 4.000 (dörd min) manat məbləğində cərimə edilmişəm. Aşağıdakı səbəblərə görə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, şəxsin əməlində inzibati xətanın tərkibin olması üçün inzibati xəta haidəsisinin bütün digər əlamətlərinin eyni vaxta olmasını qanunvericilik mütləq şərtləndirilmişdir (AR İXM-nin 12.1-ci maddəsi). Həmin inzibati xəta hadisəsinin əlamətlərindən birinin olmaması inzibati xəta tərkibinin yaranmasını qanun istisna etmişdir, inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən hazırkı hadisənin inzibati xəta hadisəsi kimi təqdim etməklə iş üzrə inzibati xəta haqqında iş üzrə məni inzibati xəta tərkibinin subyekti kimi təqdim etməklə məni inzibati xəta hadisəsinin yəni inzibati xətalar məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməli törətməkdə təqsirli hesab etmişdir. Bununla bağlı qeyd etmək istiyirəm ki, Türkiyə Respublikası vətəndaşı hazırkı inzibati icraat üzrə X7 ilə "xxxx" MMC arasında 22 noyabr 2022-ci il tarixdə cəmiyyətin əməkdaşlarına CNC sahəsində təlimlərin keçirilməsi barədə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Ömər Karabulut cəmiyyətin əməkdaşlarına CNC aparatları ilə işləmə və həmin avadanlıqların tətbiqi bu tipli xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Ömər Karabulut ilə cəmiyyət arasında yaranmış hüquq münasibəti Əmək Məcəlləsinin tələblərindən irəli gəlmiş əksinə tərələr arasında yaranmış münasibət Mülki Məcəlləsinin tələblərindən irəli gəlir. Bununlada görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunan əmək münasibətlərinə qəsd edən əməli şəxslər tərəfindən törətdikdə təqsirli hesab edir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsi ilə müəyyən edilən münasibətlərin şəxslər tərəfindən pozulmasını hüquqa zidd hərəkət hesab etmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan münasibətlərdə iştirak edən subyektlərə Əmək Məcəlləsi şamil edilmir. X7 ilə cəmiyyət arasında bağlanmış müqavilənin subyektləri əmək qanunvericiliyin subyektləri hesab edilmirlər, bu səbəbdən cəmiyyət və vəzifəli şəxs tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri cəmiyyət və mənim tərəfimdən törədilməmişdir. Bununlada qeyd edirik ki, "xxxx" MMC ilə Ömər Karabulut arasında yaranmış mübahisə əmək münasibətlərindən deyil, mülki münasibətlərindən irəli gəlir. Ömər Karabulutun inzbati orqana şikayətindən də görünür ki, şikayətçiyə ödəniş edilmədiyi üçün və "xxxx" MMC barəsində şikayətçi olduğunu bildirmişdir. Əgər, Ömər Karabulut "xxxx" MMC-yə işə qəbul olunmuşdursa onda onda işlədiyi ən azı cəmiyyətin adını doğru dürüst qeyd etməli idi. Həmçinin, qeyd etmək istəyir ki, inzibati orqan şikayətçi Ömər Karabıılutun Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin olub-olmadığı yoxlamadan cəmiyyətə onun əmək münasibətlərindən irəli gələn hüquqların pozulmasında ittiham etməsi, işin digər absurd tərəfidir. Bundan başqa, inzibati orqanın cəmiyyət barəsində inzibati araşdırılmasına dair sübutlar o qədər qeyri-dəqiq və işə aidiyyəti olmayan sənədlər ilə təsdiq olunmuşdur ki, iııizbati orqanın obyektiv inzibati araşdırma aparmaq niyyətində olmadığını və hər vədə cəmiyyəti və vəzifəli şəxsə qarşı inzibati cərimə tətbiq etmək məqsədi daşımışdır. Bu səbəbdən hesab edirlər ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə qəbul edilmiş qərarləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməlidir. Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalara bağlı qəbul edilmiş İnzibatı tənben vermə haqqında" MN ******* nömrəli, 13 fevral 2024-cü il tarixli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, X3 nümayəndəsi X8 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə tərəfindən ərizə ünvanlayaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə X3 və onun nümayəndəsi X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə3 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* inzibati tənbeh inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC-nin baş direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərarın ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "Palladium Engineering and Manufacturing” MMC-nin Baş direktoru X2 Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Ömər Karabulutu qəlibçi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X1 AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 4000 (dörd min) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, "xxxx" MMC əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Ömər Karabulutu qəlibçi vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozulması ilə bağlı AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı haqqında inzibati protokol tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmə inzibati işə baxaraq inzibati xəta tərkibi olmadığı üçün icraata xitam vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 3(103)-807/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə sənədləri və iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, "xxxx" MMC-nin inzibati xəta haqqında işə xitam verilməsi barəsində 05 mart 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qüvvədə olan qərarı mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin inzibati xəta haqqında işə xitam verilməsi barəsində 05 mart 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qüvvədə olan qərarı mövcud olduğundan şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 53,76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin 13 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar