Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-737/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü və xx.xx.2024-cü ildə həmin ofisdə təsdiqlənmiş ilkin alqı-satqı müqavilələri üzrə müştəri uyğunluğu tədbirləri həyata keçirməməklə “Cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə ünvanladığı izahatdan görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Bakı şəhəri 46 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdəki fəaliyyəti Notariat idarəsinin böyük məsləhətçiləri Sərdar Şərifov və Müşfiq Cəfərov tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı işində müəyyən nöqsanlara yol verildiyi aşkarlanmışdır. Qeyd edir ki, aşkarlanmış nöqsanların bir hissəsi aparıcı mütəxəssislərin səhlənkarlığından baş vermişdir. Bildirir ki, hər hansı sənəd olmadan illkin müqavilələrin rəsmiləşdirilməsi həmin əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasının gələcəkdə də mümkün olmayacağı səbəbindən baş vermişdir. Bu səbəbdən alıcı bütün pul məbləğini ilkin müqavilə təsdiqlənərkən satıcıya depozit hesabı vasitəsilə ödəmişdir. Gələcək fəaliyyətində dönüş yaradaraq nöqsanları aradan qaldırmağa söz verir. İş materiallarında olan Bakı şəhər 46 saylı Notariat ofisinin № 3M/2204, xx.xx.2024-cü il tarixli işindən görünür ki, ilkin alqı-satqı müqaviləsi birinci tərəf- X6 və ikinci tərəf- X4 arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, bu Müqaviləyə görə "Birinci tərəf X6, ona məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini gələcəkdə mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən “İkinci tərəf” X1 və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi (bundan sonra "Əsas müqavilə" adlandırılacaq) bağlamağı öz öhdələrinə götürürlər. ƏSAS MÜQAVİLƏNİN PREDMETİ VƏ DİGƏR MÜHÜM ŞƏRTLƏRİ Əsas müqavilə üzrə alqı-satqı obyektinin xarakteristikası aşağıdakı kimidir: 2.1.1. alqı-satqı obyekti olan əmlak: ümumi sahəsi 145 kv.m olan qeyri-yaşayış sahəsi 2.2. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ile 560000 (beş yüz altmış min) manat məbləğində müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. 2.3. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 560000 (beş yuz altmış min) manat məbləğində puldan 500000 (beş yüz min) manat məbləği "İkinci tərəf bu müqavilənin qüvvəyə mindiyi tarixdə «Birinci tərəfə notariusun depozit hesabı vasitəsilə ödəyir və "İkinci tərəf qalan 60000 (altmış min) manat məbləği Əsas müqavilə bağlanan zaman “Birinci tərəfə” ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs tərəfindən 500000 manat Bakı şəhər 46 saylı Notariat ofisinin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, bu Müqaviləyə görə "Birinci tərəf X6, ona məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 46.50 kv.m hissəsini mülkiyyət hüququ haqqında sənədləri əldə etdikdən «İkinci teref» X1 və buna müvafiq olaraq tərəflər öz aralarında bu barədə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi (bundan sonra "Əsas müqavilə" adlandırılacaq) bağlamağı öz öhdələrinə götürürlər. 2. ƏSAS MÜQAVİLƏNİN PREDMETİ VƏ DİGƏR MÜHÜM ŞƏRTLƏRİ 2.1. Əsas müqavilə üzrə alqı-satqı obyektinin xarakteristikası aşağıdakı kimidir: 2.1.1. alqı-satqı obyekti olan emlak: ümumi sahəsi 92.50 kv.m olan qeyri-yaşayış sahəsinin 46,50 kv.m hissəsi 2.2. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 460000 (dörd yüz altmış min) manat məbləğində müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. 2.3. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 460000 (dörd yüz altmış min) manat məbləğində puldan 440000 (dörd yüz qırx min) manat məbləği "İkinci tərəf bu müqavilənin qüvvəyə mindiyi tarixdə «Birinci tərəf>>ə notariusun depozit hesabı vasitəsilə ödəyir və "İkinci tərəf qalan 20000 (iyirmi min) manat məbləği Əsas müqavilə bağlanan zaman «Birinci terefe ödemeyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs tərəfindən 440000 manat Bakı şəhər 46 saylı Notariat ofisinin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, bu Müqaviləyə görə "Birinci tərəf” X7, ona mexsus olan ünvan 3 ünvanında yerləşən mənzili gələcəkdə sonra “İkinci teref” X2 və buna müvafiq olaraq tərəflər öz aralarında bu barede notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi (bundan sonra "Əsas müqavilə" adlandırılacaq) bağlamağı öz öhdələrinə götürürlər. 2. ƏSAS MÜQAVİLƏNİN PREDMETİ VƏ DİGƏR MÜHÜM ŞƏRTLƏRİ 2.1. Əsas müqavilə üzrə alqı-satqı obyektinin xarakteristikası aşağıdakı kimidir: 2.1.1. alqı-satqı obyekti olan emlak: ümumi sahəsi 230 kv.m olan beş otaqlı mənzil 2.2. Əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 540000 (beş yüz qırx min) manat məbləğində müəyyən edilir. Alqı-satqı obyektinin sonradan bazar qiymətinin artması və ya azalması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmur. 2.3. Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil eden 540000 (beş yüz qırx min) manat məbləğində puldan 490000 (dörd yüz doxsan min) manat məbləği "İkinci tərəf bu müqavilənin qüvvəyə mindiyi tarixdə “Birinci tərəfə” notariusun depozit hesabı vasitəsilə ödəyir və "İkinci tərəf qalan 50000 (əlli min) manat məbləği Əsas müqavilə bağlanan zaman “Birinci tərəf” ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs tərəfindən 490000 manat Bakı şəhər 46 saylı Notariat ofisinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə –vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: - öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri (1.1.7-ci maddə); - qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri (1.1.9-cu maddə); - Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi tədbirləri görməlidirlər (10.1-ci maddə). - Bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə daşınmaz əmlakın alqı-satqısında tətbiq olunur (3.1.2.1-ci maddə). - Maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər (4.1-ci maddə). - Şəxsin müştərinin və ya digər şəxsin adından fəaliyyət göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətinin olub-olmamasını müəyyən etməli, həmin şəxsi eyniləşdirməli və eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər (4.4.2-ci maddə). Beləliklə iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, vəzifəli şəxs Şəxs ilkin alqı-satqı müqavilələri üzrə müştəri uyğunluğu tədbirləri həyata keçirməmişdir. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirildiyindən, şəxs həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 598.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-737/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-737/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver