Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-746/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, “X1 B.V” şirkətinin Azərbayan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: “X1 B.V” şirkətinin Azərbayan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2025-ci il tarixli, 00800-00265/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq hüquqi şəxs tərəfindən gömrük qaydaları əleyhinə olan hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3100/020/002839 nömrəli raporta əsasən hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90A olan "X1 B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN:**********) ünvanına Norveç Krallığında fəaliyyət göstərən "Bergen Engines AS"-dən göndərilmiş netto çəkisi 9.8 kq, ümumi gömrük dəyəri 32328.60 AZN olan yüklər xx.xx.2024-cü il tarixli **********4738 sorğu nömrəli gömrük bəyannaməsi ilə 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Qeyd olunan müvəqqəti saxlancda olan yükə xx.xx.2025-ci il tarixdə şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 83 ünvanında yerləşən anbarında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə, "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli və "Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2012-ci il tarixli, 253 nömrəli Qərarların tələblərinə uyğun şəkildə gömrük baxışı həyata keçirilmişdir. Gömrük baxışı zamanı bəyannamədə qeyd edilən ümumi netto çəkisi 9.8 kq olan "dizel mühərrikləri üçün nəzərdə tutulmuş" adlı yüklər Xəzər dənizində istifadə olunmaq məqsədilə "Xankəndi" adlı gəmiyə göndərildiyindən heç birinin anbarda mövcud olmadığı aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, yüklər "X1 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 83 ünvanında yerləşən anbarında saxlanmış və gömrük baxışı həmin ünvanda keçirilmişdir. Nəzərə alsaq ki, "X1 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı qeyd olunan inzibati xətanı mallara dair düzgün olmayan, təhrif olunmuş məlumatların verilməsi ilə hərəkətliliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi xətanın faktiki törədildiyi ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 83 ünvanında yerləşən anbarının olduğu yerdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: "X1 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 24 fevral 2025-ci il tarixli, 00800-00265/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-746/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-746/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver