Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-747/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 07 aprel 2022-ci il tarixli 00100-0699/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından 34KZ2678/34DYR168 nömrəli yük nəqliyyat vasitəsində 943 nömrəli 27.07.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********2462 sorğu nömrəli 30.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 0 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/003-25/001897 nömrəl 04.04.2022-ci il tarixli məktuba əlavə olunaraq Bakı Baş Gömrük İdarəsinə göndərilmiş ekspert rəyinə əsasən 943 nömrəli 27.07.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş yükün “kranın at hissəsinin (ayaqlarının) bərkidilməsi üçün qara metaldan metal konstruksiyalar” olub XİF MN-ə görə “**********” alt yarımmövqeyində sinifləşdirildiyi, yəni, 15%-li gömrük rüsumu dərəcəsi ilə gömrük ödənişlərinə cəlb edilməli olduğu, nəticədə **********2462 sorğu nömrəli 30.03.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal gömrük rüsumu üzrə 10436,49 manat, ƏDV üzrə 1878,57 manat olmaqla, ümumilikdə 12315,06 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu aşkar edilmişdir. Eyni zamanda, araşdırma zamanı bundan əvvəl **********7632 sorğu nömrəli 22.12.2021- ci il tarixli gömrük bəyannaməsi üzrə 8712,60 manat məbləğində gömrük ödənişlərinir ödənilməsindən yayınma faktına görə “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-c maddəsi ilə 28.12.2021-ci il tarixdə 00100-2638/21 saylı iş üzrə icraat başlanıldığı, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibat xətanı törətmiş hüquqi şəxs “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində 00100-2638/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/0059 nömrəli 10.01.2022 ci il tarixli Qərarla xitam verildiyi, həmçinin, **********5199 sorğu nömrəli 06.01.2022-ci il tarix gömrük bəyannaməsi üzrə 2406,53 manat məbləğində gömrük ödənişlərinin ödənilməsində yayınma faktına görə “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Bakı səhəri Səbail Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli 3(009)-207/2022 nömrəli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 2406,53 manat gömrük ödənişi məbləğinin 70 (yetmiş) faizi, yəni 1685 manat məbləğində cərimə edildiyi, beləliklə də şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət tərəfindən gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından 34KZ2678/34DYR168 nömrəli yük nəglivvat vasitəsində 943 nömrəli 27.07.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********2462 sorğu nömrəli 30.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yükün gömrük orqanına “**********” saylı XİFMN kodunda bəyan edilməsi nəticəsində Filial tərəfindən ümumilikdə 12315,06 manat gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək HEAVY CRANE FZE” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi olmadığını və protokolda hansı normativ aktın tələblərini pozulduğunun qeyd edilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qida məhsularının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 34KZ2678/34DYR168 nömrəli nəqliyyat vasitəsilə, 943 saylı 27.07.2021-ci il tarixli invoys sənədləri ilə daxil olmuş “Qaldırıcı kranlar üçün ehtiyyat hissələri” yükü **********2462 sorğu nömrəli 30.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında bəyan edilmiş malın XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/003-25/001897 saylı 04.04.2022-ci il tarixli məktubun nəticəsinə əsasən 943 saylı 27.07.2021-ci il tarixli invoys üzrə bəyan edilmiş “Qaldırıcı kranlar üçün ehtiyyat hissələri” yükünün XİF MN üzrə “**********” (15%) saylı kodlar altında sinifləşdirildiyi, yəni malın “0”% rüsum dərəcəsinə aid olmadığı aşkar olunmuşdur. Cəmiyyət tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 10436,49 manat, ƏDV 1878.57 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsinin 04.04.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki Şəxs şirkətinin Azərbaycan Respublikasındaki filialının ünvanına 943 nömrə 27.07.2021-ci il tarixli invoys üzrə idxal olunan yük kranın alt hissəsinin (ayaqların) bərkidilməs üçün qara metaldan metal konstruksiyalar olub XİF MN görə 7308 90 980 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 izahatı alınmış, o, izahatında nümayəndəsi olduğu “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına 943 nömrəli 27.07.2021-ci il tarixli invoys üzrə qaldırıcı kranın ayaq hissəsinin bərkidilməsi üçün “Anchor Feet HD23 26” markalı ehtiyyat hissəsi yüklərinin idxal edildiyini və həmin yükün Bakı Baş Gömrük İdarəsində **********2462 sorğu nömrəli 30.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, belə ki, bəyan edilmiş malların Türkiyə Respublikasından malı göndərən “Daş Makina” şirkətinin təqdim etdiyi müşayiət sənədlərinə əsasən **********2462 sorğu nömrəli gömrük bəyannaməsinə yazıldığını, yəni, göndərən şirkət müşayiət sənədlərində hansı kodu göndərirsə həmin kod üzrə gömrük organına bəyan etdiklərini, ilk dəfə olaraq “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən kranın ayaq hissəsinin bərkidilməsi üçün “Anchor Feet HD23 26” markalı yüklərin idxal edildiyini, malın XİFMN kodunun fərqli olduğunu əvvəlcədən bilmədiklərini, yaranmış ümumilikdə 12315,06 manat əlavə gömrük ödənişlərini ödəyib malların rəsmiləşdirilməsini başa çatdırmag niyyətində olduqlarını, gələcəkdə bir daha bu kimi halların təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. İş materiallarında olan Bakı səhəri Səbail Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli 3(009)- 207/2022 nömrəli Qərarından görünür ki, “HEAVY CRANE FZE" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 2406,53 manat gömrük ödənişi məbləğinin 70 (yetmiş) faizi, yəni 1685 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 12315,06 (on iki min üç yüz on beş manat altı qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 8621 (səkkiz min altı yüz iyirmi bir) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-747/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-747/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver