Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-748/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 və Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0527/21 saylı, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına AC44665/A0292E5 nömrəli avtomaşınla 59249-38-2 saylı xx.xx.2020-ci il tarixli invoys üzrə daxil olmuş və **********4913 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “vaqonlar üçün material və hissələr” yükü istifadə olunmuş kimi bəyan edildiyi, gömrük yoxlaması zamanı bu malların istifadədə olmasına kifayət qədər şübhələr yarandığından, Dövlət Gömrük Komitəsi X4 İdarəsinə qeyd edilən malların istifadə olunub-olunmamasına dair rəy verilməsi ilə bağlı 1400-024/0xx-xx/000414 saylı 21.01.21-ci il tarixli məktubla müraciət olunduğu, MGEİ-nin xx.xx.2021-ci il tarixli 2200-017/0xx-xx/000530 saylı cavab məktubuna əsasən **********4913 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar istifadə olunmadığı qeyd edildiyi vurğulanmışdır. 34/024/003034 nömrəli materialın araşdırılması üzrə malların əmtəəşünaslıq ekspertizası keçirilməsi zərurəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan malların xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barədə arayış verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400- 013/0xx-xx/000229 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuş, 9/683 saylı xx.xx.2021-ci il tarixli məhkəmə ekspertizası arayışında ekspertiza tədqiqatına təqdim edilmiş malların təzə olduğu və ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 39128 manat olduğu müəyyən edilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/683 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 39128 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs MMC-nin ünvanına AC44665/A0292E5 nömrəli avtomaşınla 59249- 38-2 saylı xx.xx.2020-ci il tarixli invoys üzrə daxil olmuş və **********4913 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “vaqonlar üçün material və hissələr” yükü istifadə olunmuş kimi bəyan edildiyi, gömrük baxışı zamanı gömrük orqanına düzgün bəyan edilməyən yük aşkar olunduğundan, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 39128 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 11 738 (on bir min yeddi yüz otuz səkkiz manat) manat 40 (qırx) qəpik məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 39128 manat valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 11 738 (on bir min yeddi yüz otuz səkkiz manat) manat 40 (qırx) qəpik məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-748/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-748/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver