Məhkəmə qərarları › İş №3(009)-749/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-749/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-749/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlunun iştirakı ilə, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2xx.xx.2022-ci il tarixli, 2(113)-2842/2022 saylı icra sənədi üzrə borclu Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Nəticədə Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-2842/2022 saylı icra sənədinə əsasən, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlu MN ******* saylı inzibati xəta haqqında protokola etiraz olaraq bildirir ki, o vəzifəli şəxs olaraq "xxxx" MMC-nin (bundan sonra:Şirkət) hüquqi ünvanına baxış keçirilməsinə mane olmamış, şərait də yaradılmasına həmişə hazır olmuş, borclu kimi dəfələrlə icra məmurunun çağırışına gəlmişdir. Şirkətin balansında pul olmadığından, o, bir başa ödəniş edə bilməmiş və hissə-hissə ödəyəcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(113)-2842/2022 saylı icra sənədindən görünür ki, İddia qismən təmin edilsin. Cavabdeh Şəxs MMC-dən 2019/M-42 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 89.838,90 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlu icra sənədi üzrə borcu ödəyəcəyini ərizə ilə təstiqləmişdir. Belə olan halda, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə1 Fərmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar