Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-758/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Vartaşen rayonu, Xaçmaz kəndində anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Oğuz rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 14.02.2022-ci il tarixdə, saat 06 radələrində, yaşadığı ünvanın qarşısında qohumu X4 ilə aralarında yaranmış mübahisə zamanı əli ilə onu vuraraq ona bədən xəsarəti yetirmişdir. Şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq Məmmədov Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 14.02.2022-ci il tarixdə, səhər saatlarında, o avtomobilini işə salarkən qonşusu Etibarla aralarında söz söhbət olmuşdur. Etibar ona maşını burada saxlamamasmı deyib maşının qapısını açaraq əli ilə onu vurmuş və saatını qırıb onu təhqir etmişdir. O da bu barədə 102 xidmətinə məlumat vermişdir. Şəxs onun bibisi qızının həyat yoldaşıdır, sonuncu dəfə onu yaşadığı evin qarşısında döymüşdür. Mübahisəyə səbəb onun özünə məxsus avtomobili evinin qarşısında saxladığına görə Etibarın ona maşını oradan götürməsini deməsi olmuşdur. Həmin hadisə zamanı o xəsarət almış və həmin vaxt orada kənar şəxslər olmamışdır. Hal-hazırda Şəxs ilə barışmışdır, aralarında heç bir ədavət yoxdur. Bunu nəzərə alaraq inzibati xəta haqqında icraata xitam verilməyini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, onun yaşadığı Arif İsmayılov küçəsi 25B ünvanın həyətində qonşuluqda X4 yaşayır və onunla aralarında bir neçə dəfə Valehin avtomobilini pəncərənin qarşısında saxlayıb maqnitafonu oxutması ilə bağlı sözləşmişlər. Valeh siqnal verərək onu narahat edir. Bununla bağlı bir neçə dəfə ailəsinə xəbərdarlıq etmişdir. Lakin Valeh bunlara məhəl qoymamışdır. 14.02.2022-ci il tarixdə, səhər saat 06 radələrində, Valeh tərəfindən bu hərəkətləri bir daha təkrarlandığı üçün ona iradını bildirmişdir. Lakin Valeh onun iradlarını məhəl qoymayıb səs küy salaraq siqnal verib maqnitafonu oxutmuşdur. Həmin vaxt o, Valehlə sözləşmiş, lakin ona xəsarət yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi iləolan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli MN seriyalı 1316678 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.02.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı ünvanın qarşısında qohumu X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncu əli ilə onu vuraraq ona bədən xəsarəti yetirmişdir, nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPB-nin təhqiqatçısı, polis baş leytenantı Yasəf Rüstəmov,cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, eləcədə X4 və Şəxs arasında mütəmadi mübahisələr baş verməsini nəzərə alaraq, gələcəkdə onlar arasında baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısı alınması məqsədi ilə münaqişəli qonşu kimi qeydiyyata götürülüb vaxtaşırı onlarla profilaktik söhbətlər aparılması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 14.02.2022-ci il məhəmə-tibbi ekspertizasının 91 nömrəli rəyindən görsənirki,vətədaş V.B.Haşimovun bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ əlin (baş) barmağının arxa səthinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14.02.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyyəyə əl ilə vurma nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və aralarında heç bir ədavət yoxdur. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə görə bu Məcəllənin 175 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-758/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-758/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver