Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-759/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Abdulsinoviçin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Abdulsinoviç barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Abdulsinoviç Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İş materiallarında olan İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, QAZ 31029 minik markalı, 90DK231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Abdulsinoviç yol hərəkəti qaydasını pozmasına görə barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbehi tətbiqetmə haqqında EQ 11600292 saylı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanuni əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 Aslan Abdulsinoviç barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Abdulsinoviç Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 115207E-422 nomrəli, 30 dekabr 2020-ci il tarixli məktubunu məhkəməyə təqdim edərək, avtomobilin başqa şəxs tərəfindən edarə edildiyini və hazırki inzibati xətanın onun tərəfindən törədilmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 115207E- 422 nomrəli, 30 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, mülkiyyətçisi olduğu QAZ 31029» markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satmağını, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi və onun tərəfindən törədilən inzibatı xatalara görə əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı Daxili işlər Nazirliyinin Baş Dövtət Yol Polisi İdarəsinə ünvanladığ müraciətə baxılmışdır. Bildirilir ki, həmn nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yertəşdırılməsi barədə qarar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırılmış məsələ müsbət həll istiqamətində müvafiq tədbirlər gorüləcəyi və nəticəsi barədə Şəxs əlavə məlumat veriləcəyi bildirilmişdir. Göründüyü kimi, QAZ 31029 minik markalı, 90DK231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şəxs Abdulsinoviç idarə etməmişdir və həmin nəqliyyat vasitəsi saxlanılması ilə əlaqədar Daxili işlər Nazirliyinin Baş Dövtət Yol Polisi İdarəsinə müraciət etmişdir. Belə olan halda Şəxs Abdulsinoviç barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsində isə göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Abdulsinoviçin inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə onun barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Abdulsinoviçin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-759/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-759/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver