Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-759/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı X2 Səbail Bələdiyyəsinin qərarından verdiyi şikayəti nəzərdən keçirərək MÜƏYYƏNETDİ: X2 Səbail Bələdiyyəsinin qərarının ləğv edilməsi barədə şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli,11/1 saylı icra qeydi üzrə tutulan məbləğ və hesablama səhvdir. xx.xx.2023-cü il tarixli qərar X3 təqdim edilməyib və onun bu borc haqqında məlumatı olmayıb. Qərara əsasən borcun hesablanması son 3 il yerinə 4 il göstərilmişdir. İcra məmuru qərara könüllü müddət qoyub və sənəd şikayətçiyə göndərilməyib. Sənəd birbaşa onun iş yerinə göndərilmişdir, məqsəd isə bələdiyyə tərəfindən düzgün hesablanmamış məbləğin onun maaşından tutulmasıdır. Həmçinin bələdiyyə tərəfindən evin sahəsi də düzgün göstərilməmişdir. Belə ki, sənədlə 120.2 kv.m yerinə 145 kv.m qeyd edilmişdir və buna görə də hesablamada səhvə yol verilmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin iş materiallarımı nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Bələdiyyəsinin 11 aprel 2023-cü il tarixli, 11/1 nömrəli qərarından görünür ki, Vergi ödəyicisi olan fiziki şəxs Qafarova Nigar borc öhdəliklərinin icra olunması üçün barəsində qərar qəbul edilərək Səbail rayon İcra şöbəsinə göndərilmişdir. Ümumilikdə hesablanmış 289.29 manat borc məbləğinin tutularaq Səbail Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülsün. Şikayət ərizəsinə X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuş inzibati xətaların dairəsi müəyyən edilmişdir. Eyni zamanda həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, X1 Bələdiyyəsinin maliyyə sanksiyası tətbiq edilməsi barədə inzibati aktından şikayət vermişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.1-ci maddəsinə əsasən əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmamasını, 106.0.4-cü maddəsinə əsasən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Səbail Bələdiyyəsinin qərarının ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106, 109 və 128-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X2 Səbail Bələdiyyəsinin qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-759/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-759/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver