Məhkəmə qərarları › İş №3(009)-761/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-761/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-761/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 aprel 2022-ci ildə saat 09:30 radələriridə ona Kia markalı ** OE *** nömrəli avtomaşını ilə Sədərək ticarət mərkəzinə yaxın ərazidə Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanıldı. YPX əməkdaşı ona məlumat verdi ki, onun avtomaşınının üzərində həbs vardır və cərimə duracağına yerləşdirilməlidir. O, bu məlumatı eşidərkən təəccübləndi və həbsin nə ilə bağlı olduğunu soruşduqda patrul əməkdaşı əlində olan planşetdə ona məxsus avtomaşının İXM-nin 327.2-ci maddəsinə görə ödənilməmiş cərimə ilə bağlı iki ay keçdiyindən cərimə duracağına yerləşdirilmə barədə qərar qəbul edilməsi barədə məlumatı göstərdi. O, bundan məlumatının olmadığını dedi və bununla bağlı 902 məlumat xidmətinə zəng etdi. Telefonda onunla danışan YPX əməkdaşı ona qeydiyyatda olduğu yer üzrə DYP şöbəsinə yaxınlaşmağını bildirdi. 18 aprel 2021-ci ildə o, Səbail rayon DYP şöbəsinə yaxınlaşdıqda ona bununla bağlı Bakı şəhər DYPİ idarəsinə yaxınlaşmalı olduğunu və qərarın surətini oradan əldə edə biləcəyini bildirdilər. Həmin gün o, Bakı şəhər DYP idarəsinə yaxınlaşdı və oradan ona tələbi üzrə Yol Patrul Xidmətinin TP ******* nömrəli 04 fevral 2022-ci il tarixli qərarının əsli ilə təsdiq edilmiş surətini təqdim etdilər. Qərarda qeyd edilmişdir ki, 25 yanvar 2022-ci ildə saat 18:23-də Bakı şəhəri Nizami küçəsi 2 adlanan ərazidə o, giriş qadağandır nişanının tələbini pozaraq avtomaşını arxa arxaya idarə edərkən İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş və bu səbəbdən ona 60 manat dəyərində inzibati cərimə tətbiq edilmişdir. Bu küçə Səbail rayonu ərazisində yerləşir. Barəsində yazılmış inzibati protokol və həmin protokol əsasında çıxarılmış TP ******* nömrəli 04 fevral 2022-ci il tarixli qərar barədə ümumiyyətlə məlumatı olmamış, protokolun və ya qərarın surəti ona şəxsən təqdim edilməmiş, bu barədə ona elektron kabinet, sms məlumat və ya poçt vasitəsi ilə heç bir bildiriş göndərilməmiş, yalnız 17 aprel 2022-ci ildə patrul əməkdaşı tərəfindən ona məlumat verildikdən sonra 18 aprel 2022-ci ildə qərarı rəsmi qaydada əldə etmişdir. Qanunun tələbinə görə YPX əməkdaşı tərəfindən inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edildikdən sonra ona təqdim edilməli və törətdiyi inzibati xətanın mahiyyəti izah edilməli idi. Sözügedən protokol əsasında TP ******* nömrəli 04 fevral 2022-ci il tarixli qərar qəbul edilərkən ona məlumat verilməmiş və şikayət hüququm pozulmuş, cərimə məbləği 79 manat olmuş və avtomaşının üzərində məhdudiyyət tətbiq edilmişdir. Bundan başqa qeyd edilən inzibati xətanı törətməmi təsdiq edən sübutlar təqdim edilməmişdir. Bütün bunlar hüquqlarının pozulmasıdır. Qərarla razı deyil və qərarın ləğv edilməsini zəruri hesab edir. Göstərilənləri nəzərə alaraq Yol Patrul Xidmətinin TP ******* nömrəli 04 fevral 2022-ci il tarixli qərarını və bununla bağlı yaranmış Kia markalı ** OE *** nömrəli avtomaşınımın cərimə duracağına yerləşdirilməsi ilə bağlı məhdudiyyəti ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayətini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və hadisə baş verdikdən bir neçə gün sonra “Giriş qadağandır” yol nişanının həmin yerdən götürüldüyünü bildirərək Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, barəsində qərar çıxarılmış fiziki şəx X6 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin TP ******* nömrəli 04.02.2022-ci il tarixli qərarını və bununla bağlı yaranmış KİA markalı **-OE-*** nömrəli avtomobilin cərimə duracağına yerləşdirilməsi ilə bağlı məhdudiyyətin ləğv edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 25 yanvar 2022-ci il tarixində saat 18:23-də idarə etdiyi KİA CERATO minik markalı 1O-OE- 013 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində arxa-arxaya 3.1 “Giriş qadağandır” yol nişanının təsir dairəsinə daxil olaraq yol hərəkəti qaydasını pozmuşdur. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X6 tərəfindən törədilmiş yol hərəkəti qayda pozuntusu avtopatrul avtomobilində quraşdırılmış video kamera ilə də qeydə alınmış, lakin inzibati xəta bilavasitə Bakı şəhər BPİ X11 İdarəsinə bilavasitə tabe olan YPXA-n MEB YPX inspektoru polis baş serjantı X7 tərəfindən bilavasitə aşkar edilmişdir. YPX inspektoru tərəfindən A.R.Məmmədov saxlanılarkən barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib edilmiş lakin sürücü xətanın mövcudluğunu qəbul etmədiyindən iş üzrə qərar qəbul etməmiş, qərar Bakı şəhəri BPİ DYPİ-nin İXHİÜİŞ-nin inspektoru polis mayoru X2 tərəfindən 04.02.2022-ci il tarixdə qəbul edilmişdir. Beləliklə də barəsində qərar çıxarılmış fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə qanuni və əsaslı olaraq inzibati məsuliyyətə cəlb edilməklə inzibati qaydada cərimə edilmişdir. Qeyd olunanlara əsasən 04.02.2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol Patrul xidməti inspektoru polis baş serjantı X7, inzibati xəta hadisəsinin onun tərəfindən aşkarlanaraq protokol tərtib olunduğunu, protokolun X4 təqdim edildiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarınİ araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 25.01.2022-ci il tarixdə, saat 18:23-də Bakı şəhəri, Nizami 2 ünvanında Kia Cerato minik markalı ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntüdən görünür ki, KİA CERATO minik markalı 1O-OE- 013 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının təsir dairəsinə daxil olaraq yol hərəkəti qaydasını pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcım keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşman yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və va geriyə dönməyə, vaxııd maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X9 oğlu KİA CERATO minik markalı 1O-OE- 013 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində 3.1 “Giriş qadağandır” yol nişanının təsir dairəsinə daxil olmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X3 əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı qərar qanuni və əsaslı olduğundan həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də X9 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası X11 İdarəsinin Bakı şəhər DYPİ-nin 04.02.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar