Məhkəmə qərarları › İş №3(009)-763/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-763/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-763/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru rəisi, polis polkovnik-leytenantı Qabil Kərimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Ataxal kəndində qeydiyyatda olan, ailəli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polisi İdarəsinin 39-cu X3 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 18 aprel 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.04.2022-ci il tarixdə İXM-nin 510-cu madəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru rəisi, polis polkovnik-leytenantı Qabil Kərimov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, bildirdi ki, 17.04.2022-ci il tarixdə, “Park Bulvar” ticarət mərkəzində keçirilən tədbirdə Şəxs tədbirdə iştirak etmək üçün yığılan insanlara açıqca hörmətsizlik edərək, insanları əlində olan kəmərlə hədələyib qorxutmuşdur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 17.04.2022-ci il tarixdə, saat 15:00-da, Səbail rayonunda yerləşən “Park Bulvar’’ ticarət mərkəzinin içərisində, blogger Hüseyn Həsənovun fanatları ilə görüşməsi məqsədilə tədbir keçirilmişdir. Həmin tədbir mərasimində səhnənin düzəldilməsi məqsədilə oraya fəhlə qismində getmişdir. İlk olaraq səhnəni qurmuş, orada yaşanan izdiham səbəbilə quraşdırılan səhnə aşdığı üçün orda dayanıb mühafizəçilərlə birlikdə səhnənin aşmağının qarşısını almışdır. Mühafizəçilər qadını ayaq altında qalmamaq üçün səhnədən kənarlaşdırdıqda həmin qadının çantasının kəndiri qırılıb səhnədə qalmışdı. Fanatlar səhnənin qarşısında səhnəni əlləri ilə itələdikləri üçün o bunun qarşısını almaq məqsədilə həmin çantanın kəndiri ilə səhnənin ön hissəsinə çırpıb insanları uzaqlaşdırmaq istəmiş, həmçinin izdiham arasında bir balaca qız uşağının camaatın ayağı altında qalıb əzildiyini görüb həmin çantanın kəndiri ilə vurmağa davam edib digərlərini kənarlaşdırıb uşağı götürmək istəmişdir. Bloggerin çıxışı bitdikdən sonra həmin səhnəni yığışdırıb iş yerinə aparmışdır. Daha sonra sosial şəbəkədə paylaşımları görmüş, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsüf olunmaqla o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin tərkibi var və onun 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən, saat 17:00 dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X2 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar