Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-764/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis baş leytenantı Nazim Əzizovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonu, Qarabatılı kəndində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs, 17 aprel 2022-ci il tarixdə, saat 22:10 radələrində Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis baş leytenantı Nazim Əzizov protokolu müdafiə edərək izahatında bildirdi ki, 17 aprel 2022-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən Fransa səfirliyi yaxınlığında Şəxs və onun dostu müvazinətini itirərək polis əməklaşı ilə toqquşmuş, sonra Şəxs narazılığını bildirərək polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Polis əməkdaşları həmin şəxsləri 39-cu Polis Bölməsinə gətirmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında BİTİ-yə bilavasitə tabe olan dipomatik nümayəndəliklərin mühafizəsi üzrə X5 polis nəfəri, polis serjantı X6 izahat verərək bildirdi ki, 16.04.2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən Fransa səfirliyində xidmətdə olan zaman bir nəfər şəxsin zərb ilə onun kürək nahiyəsindən dəyməsindən sonra həmin şəxsi və onun yanında olan dostunu dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq, onlar onun qanuni tələbinə məhəl qoymadıqları, ona əl-qol atmaları səbəbindən PPXB-nin əməkdaşlarını köməyə çağırmış və həmin şəxslər 39-cu PB-nə aparılməşlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, 16.04.2022-ci il tarixində, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən Fransa Səfirliyi yaxınlığında dostu Hüseyin İsmayılov ilə birlikdə hərəkət edən zaman dostu Hüseyin müvazinətini itirərək səfirlikdə xidmət aparan polis əməkdaşı ilə toqquşmuş, həmin vaxtı polis əməkdaşı ona öz iradını bildirmişdir. Onlar həmin vaxtı içkili olduğundan öz davranışları üzərində nəzarəti itirmiş və polis əməkdaşının qanuni tələbinə tabe olmamışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları onları 39-cu PB-nə gətirmişdirlər. O əməlindən peşmandır və məhkəmədən bu halı nəzərə almağını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Səbail RPİ-nin 39-cu PB-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı X7 cinayət işi başlanmasının rədd edilməsi haqqında 18.04.2022-ci il tarixli qərarından görünür ki, BİTİ-yə bilavasitə tabe olan dipomatik nümayəndəliklərin mühafizəsi üzrə X5 polis nəfəri, polis serjantı X3 tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi, qəbul edilmiş qərarın surəti ibtidia araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Səbail rayon prokroruna göndərilməsi, vətəndaşlar X2 və Şəxs əməllərinə İXM-nin 535.1-ci maddəsinin əlamətləri olduğua görə barələrində inzibati qaydada tədbir tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti bölmənin aidiyyati əməkdaşına verilməsi qərara alınmışdır. Belə ki, iş materiallarında olan 18 aprel 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 17 aprel 2022-ci il tarixli AZA№ 015967 saylı protokoldan görünür ki, Şəxs 17 aprel 2022-ci il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 17 aprel 2022-ci il tarixdən, saat 22:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 aprel 2022-ci il tarixdən, saat 22:10-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-764/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-764/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver