Məhkəmə qərarları › İş №3(009)-765/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-765/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-765/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 mart 2021-ci il tarixli, 00100-0544/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2021ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC Gürcüstanda fəaliyyət göstərən “Şəxs Georgia” MMC ilə bağladığı 024/19 nömrəli 01.02.2019-cu il tarixli müqavilə əsasında Azərbaycan Respublikasından 1 ədəd “Hyundai R290LC-7A markalı tamdönərli ekskavatoru işlərin görülməsindən ötrü Gürcüstana apararkən 05 fevral 2019-cu il tarixdə Bakı Baş gömrük İdarəsində **********7586 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük prosedurundayerləşdirmək məqsədi ilə bəyan etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2013-cü il tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.1-ci bəndində müəyyən edilmiş ən geci 24 (iyirmi dörd) ay müddət keçənədək, yəni 05 fevral 2021-ci il tarixədək Gömrük Məcəlləsinin, gömrük sahəsində digər normativ hüquqi aktların və həmin qaydaların tələblərinə riayət etməklə malları təkrar idxal etməli, başqa gömrük prosedurunda yerləşdirəli və malların bu prosedur altında qalma müdətinin uzadılmasından ötrü gömrük orqanına müraciət etməli olduğu halda, bu müddəti 12 gün, yəni on beş günədək günədək müddətə gecikdirməklə 17 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müddətin 1 il uzadılmasına dair 24/24/004404 nömrə altında qeydə alınmış ərizə ilə müraciət edərək malların müvəqqəti ixrac proseduru altında qalma müddətini pozmuşdur. Buna görə də inzibati xəta haqqında protokolu tərtib etmiş orqan hesab etmişdir ki, bununla Şəxs MMC üzərinə düşən öhdəliyi icra etməyərək hərəkətsizliklə Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəzərə alsaq ki, Şəxs MMC qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə (burada, müvafiq gömrük bəyannaməsini səlahiyyətli gömrük orqanına təqdim etməməklə, başqa halda müddətin uzadılmasına dair səlahiyyətli gömrük orqanına müraciəti təqdim etmədikdə) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Binəqədi şossesi, ev 195C-dir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 mart 2021-ci il tarixli, 00100-0544/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar