Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-766/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru Cavidan Hüseynovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olan, subay, ali təhsilli, Azimuth şirkətində mühasib işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Polisi İdarəsinin 39-cu X3 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.04.2022-ci il tarixdə, saat 18:30 radələrində, Səbail rayonu, Neftçilər prospekti, “Hilton” otelinin qarşısında Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru Cavidan Hüseynov protokolu müdafiə edərək izahatında bildirdi ki, 17.04.2022-ci il tarixdə vət. Zərərçəkmiş şəxs AR DİN 102 XZM məlumat verərək, Səbail rayonu, Neftçilər prospekti, “Hilton” otelinin yaxınlığında qızıl rəngli BMW markalı ** EL *** dövlət qeydiyyat nişanlı və qara rəngli Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücülərinin onu təhqir edib münaqişə yaratmalarını birdirmişdir. Vət. Zərərçəkmiş şəxs ərizə ilə 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 17.04.2022-ci il tarixdə, saat 18:20 radələrində, Səbail rayonu, Neftçilər prospekti ilə Dəniz Vağzalı istiqamətində hərəkət edərkən idarə etdiyi Lexus markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə anidən çıxan BMW markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hilton otelinin yaxınlığında onun maşınınını saxlatdırıb onunla münaqişə etməyə başlamış, sonra mübahisə vaxtı onun üzərinəhücum çəkmiş onu söyüb təhqir etmişdir. Sonradan hadisə yerinə gələn Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də onun ünvanına təhqiramiz ifadələr işlədərək onun şəxsiyyətini alçatmışlar. Bundan sonra BMW markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 və Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nuri X4 RPİ-nin 39-cu PBnə dəvət olunaraq onların izahatları alınmış və barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan əməli törətmələrinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, idarə etdiyi Lexus markalı ** OO *** dövlət qeydiyyat nişanlı avtomobillə 17.04.2022-ci il tarixdə, saat 18:20 radələrində, Səbail rayonu, Neftçilər prospekti ilə Dəniz Vağzalı istiqamətində hərəkət edərkən onun avtomobilinin hərəkət istiqamətinə anidən çıxan BMW markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yol hərəkət qaydalarını pozduğu üçün avtomobilin şüşəsini endirmədən əl-qol hərəkətləri ilə ona iradını bildirdi. Daha sonra həmin sürücü onu təqib etməyə başladı, o bundan narahat olduğu üçün Hilton otelinin qabağında maşınını saxlayaraq, avtomobildən düşdü və digər sürücü də avtomobilini onun avtomobilinin arxasında saxlayaraq onun üstünə hücum edərək, onunla mübahisə etməyə başladı. Mübahisə edən zaman həmin sürücünün dostu Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz maşınını onun avtomobilinin qabağında saxlayaraq, dostu ilə birlikdə onunla mübahisə etməyə başladı. Mübahisə zamanı Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu nalayiq ifadələrlə təhqir etmişdir. O həmin sürücülərə polisə şikayət edəcəyini bildirdikdə, Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun ünvanına təhqiramiz ifadələr işlədərək onun şəxsiyyətini alçatmışdır. Ona görə də, o, 102 xidmətinə müraciət etmiş, daha sonra 39-cu polis bölməsinə yaxınlaşaraq şikayət etmişdir. Həmin şəxslərin ona qarşı hərəkətlərinin cavabsız qalmamasını istəyərək məhkəmə tərəfindən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o özünə məxsus Porche markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə, 17.04.2022-ci il tarixdə, saat 18:50 radələrində, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkəti zamanı Hilton otelinin yaxınlığında tanımadığı şəxslə dostu Anarın arasında söz mübahisəsi getdiyini görərək, avtomobilini tanımadığı şəxsin avtomobilinin qabağında saxlayaraq onlara yaxışlaşmış, onların arasında olan mübahisəyə o da qoşulmuşdur. O, əsəbi olduğundan, həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. O, əməlindən səmimi peşimandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsüf olunmaqla o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi var və onun 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 aprel 2022-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X2 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-766/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-766/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver