Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-767/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsinə əsasən tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13000-0074/21 saylı, 19 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 16 yanvar 2021-ci il tarixli 34/012/000180 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, idxalçı “Azərenejii’’ ATSC tərəfindən “Qırmızı körpü” gömrük postu vasitəsilə 18 noyabr 2020-ci il tarixli **********0587 saylı natamam gömrük bəyannaməsi üzrə elektrik enerjisi nəql edilmişdir. Raporta əlavə edilmiş 12,01.2021-ci il tarixli **********6790 saylı gömrük bəyannaməsinin rəsmiləşdirmə tarixindən müəyyən olunur ki, idxal edilmiş elektrik enerjisi ilə bağlı verilmiş natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş son müddət pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-cü il tarixli 331 nömrəli “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilməsi haqqında Qərarın 2.8-ci bəndinə əsasən Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə natamam bəyannamə əsasında keçirilən malların gömrük rəsmiləşdirilməsi keçirilmə dövrünün sonundan etibarən 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunması Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə uyğun olaraq zəruri gömrük əməliyyatlarının yerinə yetirilməsi və gömrük ödənişlərinin ödənilməsi ilə başa çatır. Lakin, ixracatçı “Azərenerii” ATSC tərəfindən verilmiş 12.01.2021-ci il tarixli **********6790 saylı gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddəti pozulmaqla təqdim olunmuşdur. Nəticədə, Şəxs AÇİQ TİPLİ SƏHMDAR CƏMİYYƏT tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə uyğun olaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs-nin nümayəndəsi X2, **********6790 saylı gömrük bəyənnaməsinin Enerji resursları Dəniz Nəqliyatında Baş Gömrük idarəsinə təqdim edilməsi müddətinə riayət edilməməsi, ixracatçı şirkət tərəfindən mallara dair məlumatların əks olunduğu sənədlərin zamanında göndərilməməsi səbəbindən baş vermişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Şəxs ATSC tərəfindən “Qırmızı körpü” gömrük postu vasitəsilə 18 noyabr 2020-ci il tarixli **********0587 saylı natamam gömrük bəyannaməsi üzrə elektrik enerjisi nəql edilmişdir. Lakin onun tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli **********6790 saylı gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddəti pozulmaqla təqdim olunduğundan Şəxs ATSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi var və onun 300 (üç yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq olunması məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-767/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-767/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver