Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-768/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2021-ci il tarixində Bakı şəhər, Yasamal rayonu, H.Cavid prospektində idarə etdiyi 90AB991 dövlət qeydiyyat nişanlı avtomobil yanında olan digər avtomobil tərəfindən vurulmuşdur. Qəzaya səbəb olan qarşıdakı digər (3-cü) şəxsin iştirakı ilə qəza baş vermişdir. Bildirmişdir ki, hadisə araşdırılmadan qərəzli şəkildə ona İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul olunub. Barəsində qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli qərarın əsassız olduğunu ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx xxxxxx 2021-ci il tarixdə qəbul edilsə də, şikayət məhkəməyə xx xxxx 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətində qərarı hansı tarixdə aldığını göstərməmiş və ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X5 oğlunun Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X5 oğlunun Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-768/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-768/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver