Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-77/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri BPİ Dövlət X7 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx xxxxx 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri BPİ Dövlət X7 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx xxxxx 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxx 2020-ci il tarixində öz adına olan Nissan X-Trail markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillə işi ilə bağlı şəhərdə olmuşdur və saat 15:00 radələrində işə qayıdarkən Vaqif küçəsində (Gənclik metro stansiyasına gedən yol) Dövlət Yol Polisi Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır, o, vaxtkı tələblərə görə əlcək və maskada olduğuna baxmayaraq və eləcə də YPX əməkdaşına işə getdiyini və iş vəsiqəsini təqdim etməsinə baxmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (karantin rejiminin pozulmasına görə) əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında Protokol xx xxxxx 2020-ci tarixdə tərtib olunmuşdur. Karantin rejiminin sərtləşdirilməsi (SMS icazə, iş yerindən arayış və s.) yalnız xx xxxxx 2020-ci il tarixindən qüvvəyə minmişdir, onun barəsində inzibati protokolun tərtib olunması tam əsassız və qanunsuzdur. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində böyük mühəndis vəzifəsində işəyir (iş yerinin ünvanı - H.Əliyev prospekti 121) və bu səbəbdən, Nazirlər Kabinetinin müvafiq qərarınin 1 saylı əlavəsində işçilərin məhdudiyyətsiz hərəkətinə icazə verilən dövlət qurumların siyahısında Dövlət Neft Şirkətinin (SOCAR) adı olduğuna görə ona qarşı protokol tərtib olunmamalı idi. Tərtib olunmuş protokola görə "AsanPay"-da şikayətini yazmışdır, iş vəsiqəsinin surətini onlara göndərdiyinə baxmayaraq ona Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X5 04 may və xx xxx 2020-ci il tarixli eyni məzmunlu məktublarla onun müraciətinə baxilması və sözügedən protokolun qüvvədə qalmasını, 100 manat məbləğində cərimə olunmasına və qeyd olunan qərardan narazı olduğu halda Məhkəmə orqanına müraciət etmək hüququnun olduğu bildirilmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X6 əlavə məktubla müraciət edərək sözügedən protokolun qüvvəyə minməsi haqqında Qərarının ona təqdim olunmasını xahiş etmişdir və 046-48427Ş-4220 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti Dövlət X7 tərəfindən poçt vasitəsi ilə ona göndərilmişdir, ərazi üzrə poçt şöbəsinə xx xxxxxx 2020ci il tarixində daxil olmuş və xx xxxxxx 2020-il tarixində ona poçt şöbəsində təqdim olunmuşdur. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx xxxxx 2020-ci il tarixdə saat 15:20-da karantin rejimi qaydalarını pozmuşdur. Nəticədə, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və bunun səbəblərini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət olunan qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2, şikayətin məzmununa uyğun izahat verərək, xx xxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırılaraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər BPİ Dövlət X7 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Dövlət X6 göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsini, inzibati xəta haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsini, inzibati xəta haqqında protokolda şəxsin məhz hansı karantın qaydalarının pozması barədə qeyd aparılmamasını, eyni zamanda şikayətçinin məhdudiyyətsiz hərəkətinə icazə verilən iş yerinin olmasının yoxlanılmamasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış və sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, iş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xətanın nə zaman baş verməsi və yeri barədə qeydlərin olmaması, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanının nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, şikayətçinin məhdudiyyətsiz hərəkətinə icazə verilən iş yerinin olmasının yoxlanılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər BPİ Dövlət X7 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Dövlət X6 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ Dövlət X7 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx xxxxx 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün yenidən Bakı şəhəri Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qayada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-77/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-77/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver