Məhkəmə qərarları › İş №3(009)-770/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-770/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-770/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan Rəvan Qurbanov xx xxxxxx 2021-ci il tarixdə, saat 14:43 radələrində idarə etdiyi “Mercedes Benz E200 minik” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildə epidemiya qaydalarını pozduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Xətai RPİ-nin DYPŞ-nin ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rəvan Qurbanov xx xxxxxx 2021-ci il tarixdə, saat 14:43 radələrində idarə etdiyi “Mercedes Benz E200 minik” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildə epidemiya qaydalarını pozduğundan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan İnzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən İnzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası inzibati Xətaiar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətaiar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Xətai rayonunun inzibati ərazisidir, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 şikayətinə onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti mövcud deyil. Belə olduğu halda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair' xx xxxxxx 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla X2 Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, şikayətə Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118 və 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar