Məhkəmə qərarları › İş №3(009)-773/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-773/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-773/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “İsuzu NPR 75 LD Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs MMC-dən polis şöbəsinə nə sorğu barədə məlumat daxil olmamış, nə də ünvan dəyişmə ilə bağlı məktub. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Səbail rayon Polis İdarəsindən Şəxs MMC-yə heç bir sorğu daxil olmamışdır ki, ona da cavab verilməli olsun. İş materiallarına əlavə edilmiş xəbərnaməyə gəldikdə isə (xəbərnamənin ön hissəsi şəxsi kabinetidə yerləşdirilsə də, arxa hissəsi mövcud deyildi Lakin telefon vasitəsi ilə məhkəmənizdən onun arxa hissəsində “xxxx” soyadı ilə imzalandığın göstərildiyini və xx.xx.2021-ci il tarixinin qeyd edildiyini öyrənmişik), həmin sorğu ümumiyyət düzgün ünvana göndərilməmişdir. Belə ki, şirkət faktiki olaraq AZİ 10 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış kompleksində fəaliyy göstərir. Bu barədə Səbail rayon X9 şöbəsinə xx.xx.2021-ci il tarixli, 09 saylı məktub məlumat verilərək bütün poçt göndərişlərinin AZİ 108, ünvan 2 ünvanına göndərilməsi xahiş edilmişdir. Həmin məktub xx.xx.2021-ci il tarixdə Səbail rayon X9 şöbəsiı çatdırılmışdır. Eyni məzmunlu məktublar həmçinin Bakı şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə də göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsinə göndərilən məktub xx.xx.2021-ci həmin idarəyə çatdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi i məktubu əsassız olaraq qəbul etməkdən imtina etmişdir. Bütün bunlara baxmayaraq Səbail rayon Polis İdarəsinin Şəxs MMC-yə ünvanladığı məktubları israrla AZ1Q03, ünvan 4vanına göndərməyə davam etdiyini müşahidə etdiklərindən, eyni məzmunlu məktubla dövlət poçtu vasitəsi ilə yenidən həmin idarənin X9 şöbəsinə müraciət etmişdir. Digər tərəfdən xəbərnamədə məktubu “xxxx” soyadında şəxsin aldığı göstərilsə də, onun adı və tutduğu vəzifə göstərilməmişdir; o cümlədən qeyd edilməlidir ki, şirkətidə bu soyadlı birisi ümumiyyətlə çalışmır. Bundan başqa xüsusi olaraq qeyd edir ki, Şəxs MMC tərəfindən mütəmadi olaraq balansında olan avtomobillər və onların istifadəçiləri barədə məlumatlar Səbail rayon X9 şöbəsinə verilir. Bununla belə son vaxtlar həmin şöbə tərəfindən həmin məlumatlara dair məktubların qəbulundan imtina edilir. Məktublar qəbul edilsə belə, bildirilən məlumat üzrə İdarə tərəfindən təkrar şirkətlərə sorğul göndərilir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin mənasına görə, sorğu inzibati xəta törədilən nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxsin kimliyinin səlahiyyətli orqana məlum olmaması səbəbindən göndərilməlidir. Bu cür tənzimləmə ağla və məntiqə də uyğundur. Şirkət balansında olan avtomobillər və onların istifadəçiləri barədə məlumatların aybaay səlahiyyətli orqana bildirilməsindən sonra bu barədə təkrarən sorğuların göndərilməsinin məntiqlə izah olunan heç bir tərəfi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğunun DİNnin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “İsuzu NPR 75 LD Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2021-ci il tarixdə saat 14:54-də Bakı-Quba yolunun 15 km-də yolda müəyyən edilmiş hərəkət surətini 32 km/saat həddində aşdığından Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxx 2021-ci il tarixdə Şəxs MMC-nin məsul şəxsi (xxxx) tərəfindən imzalanmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxx 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi (xxxx) tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Səbail RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC-nin nümayəndəsi X4 şirkətin faktiki olaraq AZİ 10 ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış kompleksində fəaliyyət göstərməsi barədə Səbail rayon X9 Şöbəsinə ünvanladıqları məktubu məhkəməyə təqdim etsə də, həmin məktubun Səbail rayon X9 Şöbəsi tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, bundan əlavə o, “xxxx” soyadlı şəxsin MMC-də çalışmadığını bildirsə də, məhkəməyə işçilərlə bağlanmış əmək müqaviləsinə dair bildirişlərin surətini təqdim edərək, həqiqətən də “xxxx” soyadlı şəxslə Şəxs MMC arasında əmək müqaviləsinin olmamasına dair heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatı müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar