Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-775/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “FORD TRANSİT YÜK” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5(beş) gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 protokola etiraz edərək, Şəxs MMC-nin hazırda faktiki olaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış kompleksində fəaliyyət göstərdiyini, bu barədə Səbail rayon X9 şöbəsinə xx xxxxxx 2021-ci il tarixli, 09 saylı məktubla məlumat verilərək bütün poçt göndərişlərinin (məktubların) AZ 1108, ünvan 2 ünvanına göndərilməsi xahiş edilmişdir. Həmin məktub xx xxxxxx 2021-ci il tarixdə Səbail rayon X9 şöbəsinə çatdırılmışdır. Eyni məzmunlu məktublar həmçinin Bakı şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə də göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsinə göndərilən məktub xx xxxxxx 2021-ci həmin idarəyə çatdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi isə məktubu əsassız olaraq qəbul etməkdən imtina etmişdir. Bütün bunlara baxmayaraq Səbail rayon Polis İdarəsinin Şəxs MMC-yə ünvanladığı məktubları israrla AZ1003, ünvan 4nvanına göndərməyə davam etdiyini müşahidə etdiklərindən, eyni məzmunlu məktubla dövlət poçtu vasitəsi ilə yenidən həmin idarənin X9 şöbəsinə müraciət etmişlər. Bundan başqa Şəxs MMC tərəfindən mütəmadi olaraq balansında olan avtomobillər və onlan istifadəçiləri barədə məlumatlar Səbail rayon X9 şöbəsinə verilir. Bununla belə, son vaxtlar həmin şöbə tərəfindən həmin məlumatlara dair məktubların qəbulundan imtina edilir. Məktublar qəbul edilsə belə, bildirilən məlumat üzrə İdarə tərəfindən təkrar şirkətlərə sorğular göndərilir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin mənasına görə, sorğu inzibati xəta törədilən nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxsin kimliyinin səlahiyyətli orqana məlum olmaması səbəbindən göndərilməlidir. Şirkətin balansında olan avtomobillər və onların istifadəçiləri barədə məlumatların aybaay səlahiyyətli orqana bildirilməsindən sonra bu barədə təkrarən sorğuların göndərilməsini düzgün hesab etmir və göstərilənləri nəzərə alaraq “xxxx” MMC-nin barasində başlanmış inzibatı xəta, haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materiallarını araşdıraraq hesab edir ki, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “FORD TRANSİT YÜK” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx xxxxxx 2021-ci il tarixdə saat 11:10-da Masallı rayonu, Massallı-Təzə Alvadı yolunda yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşılmasına görə Azərbaycan Respublikası İXM-nin 328.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5(beş) gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxx 2021-ci il tarixdə Şəxs MMC tərəfindən imzalanmaqla qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin Səbail rayon X9 şöbəsinə ünvanladığı məktubundan görünür ki, Şəxs MMC-nin faktiki ünvanı barədə məlumat, xx xxxxxx 2021ci il tarixində göndərilmiş, lakin Səbail RPİ-nin DYPŞ-nin sorğusu xx xxxxxx 2021-ci il tarixdə Şəxs MMC tərəfindən imzalanmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXMnin 328.1.-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin rəhbərliyinə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxx 2021-ci il tarixdə Cəmiyyət tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5(beş) gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Səbail RPİ-yə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5(beş) gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-775/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-775/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver