Məhkəmə qərarları › İş №3(009)-779/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-779/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-779/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 1978-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən 02.02.2022ci il tarixdə saat 21:45-də “Kia Optima” minik markalı, 99FS844 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən daxil olmuş 02 fevral 2022-ci il tarixli, №2/4065 saylı tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən daxil olmuş 02.02.2022-ci il tarixli, №2/4078 saylı tibbi müayinə aktından görünür ki, X3 alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X4” X8 Səbail rayon Şöbəsindən daxil olmuş 15.02.2022-ci il tarixli, № 79saylı ekspert rəyindən görünür ki, 2000-ci il təvəllüdlüX5nın almış olduğu xəsarətlər - burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüyünün aşağı 1/3-nin yerini dəyişməyən qapalı sınığı, eləcə də sağ gözaltı nahiyənin və sol baldırın yuxarı 1/3-nin ön səthinin qançırları bərk küt əşya(lar)m təsirindən törənmişlər, 02.02.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Materiala əlavə olunmuş, DİN X1 Xidmətindən daxil olmuş 1 ədəd DVD diskə tədqiqat orqanı tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskin daxilində 03 ədəd video faylı vardır. Hər üç video fayl 03 dəqiqə müddətində davam edir və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Azadlıq Meydanının qarşısmdakı avtomobil yoluna quraşdırılmış TŞ 1-107 (N-013) video müşahidə kameralarının görüntüləri əks etdirilmişdir. Həmin video görüntülərdən görünür ki, 02.02.2022-ci il tarixində, saat 20:50də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə üzü Bakı Beynəlxalq Dəniz Vağzalı istiqamətində olan yolun R.Behbudov küçəsi ilə kəsişməsində yolun üçüncü hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsi öz hərəkət istiqamətindən sola manevr etmək istədiyi zaman yolun ikinci hərəkət zolağı ilə hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Beləliklə, toplanmış təhqiqat materialından görünür ki, 02.02.2022-ci il tarixində, saat təxminən 20:50 radələrində Şəxs idarə etdiyi “KİA Optima” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə yolun üçüncü hərəkət zolağı ilə üzü Bakı Beynəlxalq Dəniz Vağzalı istiqamətində hərəkət edərək, həmin prospektin R.Behbudov küçəsi ilə kəsişməsində sola manevr etdiyi zaman onun avtomobilinin qarşı sol qanad və qarşı sol qapı hissəsi ilə həmin vaxt onunla eyni istiqamətdə, ondan solda yolun dördüncü hərəkət zolağı ilə hərəkətdə olan, X2 idarə etdiyi “Mercedes-Benz E230” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşı sağ qanad hissəsiarasmda toqquşma baş vermişdir. Keçirilmiş Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes- Benz E230” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində əyləşmiş X5 YÜNGÜL dərəcəli bədən xəsarətialdığı üçün “KİA Optima” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilininsürücüsüŞəxs əməlində Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin tərkib əlamətləri yoxdur. Bu səbəbdən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməlidir. Lakin “KİA Optima” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar