Məhkəmə qərarları › İş №3(009)-78/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-78/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-78/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında ptorokol tərtib edilmiş Şəxs məhkəməyə ərizə ünvanlayaraq cinayət işinin başlanmasının rədd edilməsi qərarından 3 ay müddət keçdiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail rayon Dövlət Yol Polisi Şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş Səbail RPİ-nin İŞ-nin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:54 lələrində xx.xx.1983-cü il təvəllüdlü Şəxs alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi «Mersedes-Benz» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu, Niyazi küçəsi ilə hərəkətdə olub İstiqlaliyyət prospektinə dönərkən avtomaşının idarə etməsini itirərək dayanmış vəziyyətdə olan X6 idarə etdiyi «Kia Cerato» markalı ** PK *** dövlət qeydiyyat nışanlı, X3 idarə etdiyi «Kia Rio» markalı ** SA *** dövlət qeydiyyat nişanlı, X4 idarə etdiyi «Mersedes- Benz» markalı ** EZ *** dövlət qeydiyyat nişanlı və X2 idarə etdiyi «BMW» markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuş, nəticədə «Kia Cerato» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X8 və sərnişini X9, həmçinin «Kia Rio» markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X5 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı ŞKX-na müraciət etmişlər. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X8 və X1 zərərvurmayan bədən xəsarəti almışlar. Zərərçəkmiş şəxslərin almış olduqları xəsarətin sağlamlığa zərərvurmayan, yəni dərəcəsiz xəsarətlər olduğundan toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilmiş, eləcə də qərarın surəti sürücü Şəxs öz hərəkətləri ilə AR İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyindən barəsində inzibati təsir tədbirlərinin görülməsi üçün Səbail RPİ-nin DYPŞ--nə göndərilmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin hadisəsi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi vaxtdan 03 (üç) ay 04 (dörd) gün keçmiş, yəni həmin qərar xx xxxxxxx 2020-ci il tarixdə qəbul edilmiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 333.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALD İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati tənbeh vermə müddəti başa çatdığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar