Məhkəmə qərarları › İş №3(009)-780/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-780/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-780/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 10 aprel 2022-ci il tarixli, İXP4564478 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08.11.2020-ci il tarixində, saat 16:00-da Bakı şəhəri, Parlament prospektində idarə etdiyi CHEVROLET CRUZE MİNİK markalı ** XY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Şəxs izahatı alınmış və o, izahatında bildirmişdir ki, “BC” kateqoriyalı sürücülük hüququna malikdir və uzun müddətdir avtomobil idarə edir. 08.11.2020-ci il tarixdə təxminən saat 16:00 radələrində etibarnamə ilə idarə etdiyi CHEVROLET CRUSE minik markalı, **-XY-*** dövlət nömrə nişanlı avtomobil ilə, Bakı şəhəri Səbail rayonu, Parlament prospekti ilə üzü 20 saylı məktəb istiqamətinə doğru sol zolaqla hərəkət etmişdir. Hərəktədə olan zaman DTX-nin qarşısına çatan zaman eyni istiqamətdə hərəkətdə olan sağ zolaqla hərəkət edən Nissan markalı avtomobil gözlənilmədən bir qədər idarə etdiyi hərəkət zolağına çıxması səbəbindən idarə etdiyi avtomobilin qarşı tərəfi ilə həmin Nissan markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmağı nəticəsində YNHsi baş vermişdir. Həmin Nissan markalı avtomobil ilə toqquşmağı nəticəsində idarə etməni itirmiş və qarşı istiqamətdən hərəkət edən avtomobillərin qarşısına çıxmış və həmin an qarşı istiqamətdən hərəkət edən Opel markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisədən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başlamışlar. Hadisə zamanı o, və Opel markalı avtomobildə olan sərnişin xəsarət aldıqları üçün xəstəxanaya müaraciət etmişlər. Xəstəxanada onu müayinədən keçirdib, ilkin tibbi yardım göstərib və ambulator müalicə üçün evə buraxmışlar. Hal-hazırda onun vəziyyəti yaxşıdır və özünü normal hiss edir. Həmçinin Şəxs bildirmişdir ki, hadisə zamanı o avtomobili 60/km sürəti ilə idarə etmişdir. İdarə etdiyi avtomobil ilə hərəktdə olan zaman Nissan markalı avtomobil ilə toqquşma qəflətən baş verdiyi üçün toqquşma məsafəsini xatırlaya bilmir. Avtomobili idarə etmək üçün sənədləri qaydasındadır. Hadisə zamanı spirtli içki qəbul etməmişdi. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Şəxs, X1 və X2 alkoqol sərxoşluq vəziyyətləri ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 623 saylı 14.11.2020-ci il tarixli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər-alın nahiyəsinin sağ yarısının cərrahi tikişli yarası və sol yarısının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 08 noyabr 2020-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizanın 620 saylı 20.11.2020-ci il tarixli rəyindən görünür ki, Şəxs almış olduğu xəsarətlər-sol əlin ovuc səthinin sıyrılmış yarası, əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 08 noyabr 2020-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Material üzrə təkrar təyin edilmiş yol-nəqliyyat hadisələrin ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 8/373 saylı 11 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, İ variant : 50 km/saat sürətlə hərəkətdə olan Nissan Altima markalı avtomobilin sola istiqamətlənərək arxadan eyni istiqamətdə ona nəzərən sol hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkətdə Chevrolet Cruze markalı avtomobillə toqquşmanın baş verməsi şəraitində : Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən : -hərəkət üçün təhlükə yaranan anda Nissan Altima markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə Chevrolet Cruze markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasındakı məsafənin 4,1 metrdən kiçik olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində Chevrolet Cruze markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda Nissan Altima markalı ** YY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə Chevrolet Cruze markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasındakı məsafənin 4,1 metrdən böyük olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində Chevrolet Cruze markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İİ variant : Nissan Altima markalı avtomobilin sol zolaqla düz istiqamətdə hərəkətdə olarkən arxadan eyni istiqamətdə hərəkətdə olan Chevrolet Cruze markalı avtomobilin Nissan Altima markalı avtomobilin arxa hissəsi ilə toqquşmanın baş verməsi şəraitində : Chevrolet Cruze markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar