Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-781/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 19 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1768/2018 nömrəli, 15.10.2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1768/2018 nömrəli, 15.10.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3575 manat pul vəsaiti tutularaq tələbkar Bakı Sığorta ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə ekspertiza mərkəzinin 04.09.2018-ci il tarixli 19582 saylı ekspertiza tədqiqatının 120 manat dəyəri Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 03.01.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbi 10 gün könülü müddət ərzinə icra etmədiyindən, onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, alınmış cavab məktublarında ona məxsus daşınar və ya daşınmaz əmlak və aktiv bank hesabının olmadığı aşkarlanmışdır. Borclu Şəxs icra sənədinin icrası üçün 22.01.2019-cu il tarixdə icra şöbəsinə dəvət olunmuş, ona rəsmi qaydada qərar və bildirişin surəti təqdim olunmuş, buna baxmayaraq icra sənədinin icrası təmin olunmamışdır. Bundan əlavə 24.04.2019-cu il tarixdə borcluya icra sənədinin icra olunması üçün xəbərdarlıq olunsa da, o icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icrasından yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs "xxxx" MMC-də işlədiyi məlum olmuş, növbəti icra tədbiri olaraq onun gəlirlərinə, o cümlədən, əmək haqqına yönəldilməsi üçün 30.09.2019-cu il tarixdə onun iş yerinə təkliflə müraciət olunmuşdur. "xxxx" MMC-nin 1095/20 saylı, 01.10.2020-ci il tarixli cavab məktubunda borclu Şəxs 02.08.2019-cu il tarixdən, 20.02.2020-ci il tarixə qədər çalışdığı və 20.02.2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunması məlum olmuşdur. Bundan sonra borclunun qeydiyyatda olduğu ünvanına gedilmiş, onu tapmaq mümkün olmamış və bu barədə 04.02.2022-ci il tarixli akt tərtib olunmuşdur. İcra sənədinin icrası ilə bağlı icra məmurunun 10.02.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu Şəxs barəsində axtarış işi açılmışdır. Daha sonra borclu 19.04.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Həmin tarixdə borcun ödənilməsi ilə bağlı borclu Şəxs izahat alınmış, verdiyi izahatında borc məbləğindən hal-hazırda ödəməyə maddi durumunun imkan vermədiyini qeyd etmiş, işlədiyi təqdirdə borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə də, borclu Şəxs icra sənədi üzrə təyin olunmuş borc məbləğini ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında maddi vəziyyəti ilə əlaqədar olaraq icra sənədini tam icra edə bilmədiyini, aylıq hissələrlə borc məbləğini qaytara biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1768/2018 nömrəli, 15.10.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 3575 manat pul vəsaiti tutularaq tələbkar Bakı Sığorta ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən 03.01.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədlərini icra etməmiş və izahatında maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-781/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-781/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver