Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-787/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, “X6 və Dış Ticarət” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən “X6 və Dış Ticarət” MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0749/2022 saylı, 13 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X6 ve Dış Ticaret” MMC-nin (VÖEN:**********) ünvanına X5 Yanissou şirkəti tərəfindən CC767GG/00212G nömrə nişanlı yük avtomaşınında 09- AZ/2021 nömrəli 05.01.2022-ci il tarixli invovs sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********9744 sorğu nömrəli 29.03.2022-ci il tarixli gömrük bəyannaməsində 1920 qutu netto çəkisi 23960 kq bəyan edilən xurma yükünə 31.03.2022-ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı “X6 ve Dış Ticaret” MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********9744 sorğu nömrəli 29.03.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından xurma yükün netto çəkisinin 1794 kq artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası"na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn, süsə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı “X6 ve Dış Ticaret” MMC -nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, MMC müxtəlif ölkələrdən xurma yükünün idxalını, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir, “X6 ve Dış Ticaret” MMC-nin ünvanına Əlcəzairdən “X7 İmp/Exp” şirkətindən CC767GG/QQ212G nömrə nişanlı yük avtomaşınında xurma yükü daxil olmuş, sözügedən mallar Bakı Bas Gömrük idarəsində **********9744 sorğu nömrəli 29.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, qeyd edilən mallar “X6 ve Dış Ticaret” MMC tərəfindən sifariş edilmiş, MMC-yə məxsusdur, idxal edilən mallar “X6 ve Dış Ticaret” MMC və Əlcəzairdə fəaliyyət göstərən “X7 İmp/Exp” şirkətindən arasında bağlanmış müqavilə əsasında sifariş edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməmiş, şirkət tərəfindən idxal edilmiş mallar Əlcəzairdən “X7 İmp/Exp” şirkəti tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş, həmin mallara dair **********9744 sorğu nömrəli 29.03.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş, göndərilmiş mal-müşaviət sənədlərində xurma yükünün netto çəkisi 23960 kq göstərildiyindən qeyd edilən çəki bəyannamədə öz əksini tapmış, malların netto çəkisi gömrük orqanına 23960 kq bəyan edilmiş, lakin daha sonra yükə baxış keçirilən zaman 1794 kq netto çəkidə fərq etdiyi aşkar edilmiş, gömrük əməkdaşı tərəfindən xurma yükünün qablasdırmasız çəkisi müəyyən edilmiş və xurma yükünü qablasdırılmasız çəkisində heç bir fərq aşkar olmamış, sadəcə netto çəki qutu ilə birlikdə hesablandığı üçün xurmanın qablaşdırıldığı qutunun çəksində fərq olmuş və bu fərq yükün netto çəkisinə təsir etmişdir. Həmin çəkiyə görə əlavə gömrük ödənişləri yaranacağı təqdirdə ödənişləri şirkət olaraq ödəmək niyyətindədirlər. Aparılan araşdırma zamanı “X6 ve Dış Ticaret” MMC tərəfindən **********9744 sorğu nömrəli 29.03.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən xurma yükünün netto çəkisinin 23960 kq deyil, 25754 kq olduğu, yəni 1794 kq artıq (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi, təsir etdiyi təqdirdə “X6 ve Dış Ticaret” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün X1 şöbəsinə 34/013/006768 saylı 05.04.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/007115 saylı 08.04.2022-ci il tarixli raporta əsasən **********9744 sorğu nömrəli 29.03.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən xurma yükünün netto çəkisinin 23960 kq deyil, 25754 kq olduğu, yəni 1794 kq artıq olduğu təqdirdə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 823.45 manat, ƏDV üzrə 1136.36 manat olmaqla ümumilikdə 1959.81 manat təşkil edəcəkdir. Bununlada adı qeyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. “X6 ve Dış Ticaret” MMC tərəfindən **********9744 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış 823.45 manat idxal rüsumu, 1136.36 mant ƏDV olmaqla cəmi isə 1959.81 manat (bir min əlli doqquz manat səksən bir qəpik) ödəniş ödənməmişdir. “X6 ve Dış Ticaret” MMC gömrük ödənişlərinin ödənilməsindən ümumilikdə 1959.81 (bir min əlli doqquz manat səksən bir qəpik) manat məbləğində yayınmışdır. Nəticədə, “X6 ve Dış Ticaret” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “X6 və Dış Ticarət” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarından görünür ki, “X6 ve Dış Ticaret” MMC barəsində 01 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0327/20 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirli bilinərək is üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində Gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilmişdir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə və ehtiyat üsulu ilə müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı araşdırmı düzgün aparılmış, “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki “X6 və Dış Ticarət” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X6 və Dış Ticarət” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 1959.81 (min doqquz yüz əlli doqquz manat səksən bir qəpik) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 1371.88 (min üç yüz yetmiş bir mamat səksən səkkiz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-787/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-787/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver