Məhkəmə qərarları › İş №3(009)-792/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-792/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-792/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru X11, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru X11 Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə olunmağı barədə, 29 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qəbul eedilmişdir. Qərar ona rəsmi qaydada, poçt vasitəsi ilə, 11 aprel 2022-ci il tarixində verilmişdir. Aşağıda göstərilən səbəblərə və əsaslara görə, DƏMX BŞİ-nin sözügedən inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil. Bu qərar inzibati xətalar haqqında qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərarın əlyazma hissəsi oxunulması mümkün olmayan şəkildə tərtib edildiyindən, iş üçün mühüm əhəmiyyət kəsb edən nəyin yaxud hansı halların müəyyən edilməsi aydın olmur. Belə olan halda ona qiymət də vermək mümkün deyil. Qərarın nəticəvi - “qərara alınır” hissəsinin məzmunundan belə görsənir ki, o, “X10” İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Buradan göründüyü kimi, o, vəzifəli şəxs - direktor kimi deyil, adi fiziki şəxs qismində inzibati məsuliyyətə cəlb edilməyi qərara alınmışdır. Bu da düzgün hal hesab edilə bilməz. Çünki, ərizəçi-şikayətçi X7, bir işçi olaraq, onunla deyil, hüquqi şəxs – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlamış və bu səbəbdən, hüquqi şəxs (əgər hüquqpozma varsa) - "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib ilməli və onun barəsində müvafiq qərar qəbul oluna bilər. O, hüquqi şəxs - "xxxx" MMC-nin adından, ərizəçi-şikayətçi X7 ilə əmək müqaviləsi bağlamışdır. İş üzrə tam, ətraflı və obyektiv araşdırma aparılmamışdır. Belə ki, İXM-in 62.4-cü ddəsinin tələblərinə görə, inzibati xəta haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Lakin işə "xxxx" MMC-dən zərərçəkmiş şəxs-ərizəçi-şikayətçi X2 iştirakı olmadan baxılmışdır. Əgər buna əməl olunsaydı, məlum olardı ki, ərizəçi-şikayətçi X5 tələb etdiyi pullar ödənmiş və o, artıq "xxxx" MMC-dən şikayətçi deyildir. Bu isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalı məsələdir. Yuxarıda göstərilənlərə, habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci, 31.1-ci, 32-ci, 43.2-ci, 61.1.6-cı, 69-cu, 100.1-ci, 128.1-ci, 128.2.3-cü və 129.1.3-cü maddələrinə əsaslanaraq, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin, barəsində qəbul etdiyi 29 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, avqust ayının birindən "xxxx" MMC-də işə başlamışdır. Fevral ayında səbəbsiz yerə, xəbərdarlıq edilmədən işdən çıxarılmışdır. O, məzuniyyət hüququndan istifadə etməmişdir. Ona ödənişlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət etdikdən sonra ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 mart 2022-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X11 tərəfindən X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanması və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilmiş nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü mədəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Paşa Bankdan hesabdan çıxarışdan görünür ki, X3 hesabına 01 mart 2022-ci il tarixdə 680 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi əmək şəraitinin şərtlərindən biri hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 158.1-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini nəzərə almadan X6 əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Belə ki, ödənişlər işçiyə sonuncu iş günü yəni 05 fevral 2022-ci il tarixdə ödənilməli olduğu halda, həmin ödənişlər, işçi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət verildikdən sonra 01 mart 2022-ci il tarixdə ödənilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 mart 2022-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar