Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-793/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X4 müdafiəçisi "Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 müdafiəçisi "Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2 verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 müdafiəçisi "Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində inzibati tənbeh tədbiri edilmiş X9 “SEGURİDAD SOLUTİONS" Məhdud Məsuliyyətli Cəmiyyətində gömrük brokeri vəzifəsində işləyir. 02.12.2021- ci il tarixdə Bakı şəhəri. Səbail rayonu. Səlyan şossesi 13. X13, 2-ci mərtəbədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə gömrük əməkdaşları daxil olaraq özlərini təqdim etmədən Cəmiyyətin digər əməkdaşı X11 işlədiyi masaya yaxınlaşaraq onun gördüyü işi araşdırmadan, hər hansı kompyuterə baxış keçirmədən öz aralarında nəsə danışdıqdan sonra X11 X6 məxsus asan imzasından istifadə etməsini qeyd edib akt tərtib etmişlər və sonra çıxıb getmişlər. Bundan sonra Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinindən Müəssisənin direktoru X3 zəng vurularaq izahat vermək üçün idarəyə dəvət olunmuşdur. 06.12.2021 -ci il tarixdə X2 gedərək izahat vermiş və X9. X11 “SEGURİDAD SOLUTİONS" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri olduğunu, öz vəzifələrini lazımınca icra etdiklərini, heç kimin asan imzasından istifadə etmədiklərini, ən əsası da hər hansı qanun pozuntusuna yol vermədikləri barədə izahat vermişdir. Bundan bir müddət sonra Xalid Şirəliyeva yenidən zəng edilmiş və izahat vermək üçün Müəssisənin əməkdaşları X16 və X4 izahat vermək üçün 19.01.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin təhqiqatçısı Rəvan Həsənova yaxınlaşmaları bildirilmişdir. Müəssisənin direktoru işçiləri X16 və X6 bu barədə məlumat vermiş və həmin şəxslər 18 yanvar tarixində ona zəng edərək onunla müqavilə bağlayaraq inzibati xətaya dair araşdırma üzrə izahat və həmin iş üzrə gələcək proseslərdə vəkil ilə bərabər iştirak etmək istəklərini bildirdilər. 19.01.2022- ei il tarixdə səhər saatlarında o, X16 və X9 ilə hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlayaraq (№ 0055 və № 0056) vəkil orderlərini götürdü və izahata dəvət olunmuş şəxslərlə bərabər təhqiqatçı Rəvan Həsənovun yanına getmişlər. Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsıninə çatdıqda saat 13 radələrində olduğunu görüb istifadə etdiyi 055 *** ** ** nömrəsi ilə təhqiqatçı Rəvan Həsənova zəng etmiş və X16 və X4 vəkili olduğunu, izahat vermək üçün gəldiklərini bildirmişdir. Rəvan Həsənov nahar fasiləsi başladığını bildirərək saat 14:00da yaxınlaşmaqlarını xahiş etdi. Onlar idarənin qarşısında gözləyərək saat 14:01, 14:14 yenidən təhqiqatçıya zəng etmişdir, lakin telefon zənglərinə cavab verilmədiyindən növbətçi hissəyə yaxınlaşmış, özlərini təqdim etmiş və təhqiqatçı Rəvan Həsənovun yanına izahat vermək üçün gəldiyiklərini bildirmişlər. Növbətçi hissə təhqiqatçı ilə əlaqə saxladıqdan sonra hazırda dindirilmə istintaq hərəkəti getdiyindən biraz gözləməklərini xahiş etdilər. Bir necə dəqiqə sonra təhqiqatçı Rəvan Həsənov özü onun 055 *** ** ** nömrəsinə zəng edərək növbətçi hissəyə yaxınlaşmaqlarını bildirdi, o, cavab verdikdən sonrakı hazırda növbətçi hissənin qabağında dayanmışlar. Rəvan Həsənov şəxslərin izahat vermək üçün onun yanına qalxmalarına dair növbətçi hissəyə göstəriş verdi və telefonda ona bildirmişdir ki, o, şəxslərin hər birinin vəkilidir izahat üçün onlarla bir yerdə qalxacaqdır. Lakin onun bu cavabını gözləməyən təhqiqatçı ona bildirdi ki, bu mümkün deyil, çünki şəxs sadəcə izahat vermək üçün qalxır, vəkilə ehtiyac yoxdur. O, təkrar bildirdi ki, şəxsin onunla müqavilə bağlamaqda məqsədi də məhz izahat zamanı onun yanında iştirak etməyidir, bu cavabından sonra təhqiqatçı ona səlahiyyətini təsdiq edən sənəd olmadığını və qalxa bilməyəcəyini bildirdi, o, hər iki orderin və vəkil vəsiqəsinin üstündə olduğunu və qanunvericiliklə ayrı sənəd nəzərdə tutulmadığını bildirdi və İXM-nin 61.1.5 və 65-ci maddəsinə istinad edərək barəsində inzibati icraat aparılan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olmasını və hazırda təhqiqat orqanı tərəfindən təhqiqatçı Rəvan Həsənov izahat vermək üçün onun vəkil kimi iştirakının mümkünsüz olduğunu yalnız X16 və X7 şəxsən qəbul edə biləcəyini bildirdikdə, onların hər biri vəkilsiz izahat verməkdən imtina etdilər və o, telefonda elə təhqiqatçıya həm onunvəkil kimi, həm də barələrində inzbati xəta haqqında araşdırma aparılan şəxslərin hüquqlarını pozduğu üçün ondan şikayət edəcəyimi bildirdi. Bundan sonra o və hüquqlarını müdafiə etdiyi X16 və X9 yaxınlıqda olan Hüseyn Cavid prospektində yerləşən 2 saylı poçt filialının 73 saylı poçt şöbəsinə yaxınlaşaraq hər birini Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevin adına şikayət məzmunlu teleqram verərək təhqiqatçı Rəvan Həsənovun qanunsuz hərəkətlərə yol verdiyini və müvafiq tədbir görülməsinə göstəriş verilməsini xahiş etdilər. 23.02.2022-ci il tarixdə X4 Azərbaycan Respublikası İXM- nin 509.2-ci maddəsi ilə 400 manat məbləğində cərimə olunmasına dair Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 28 yanvar 2022-ci il tarixli № 10000/0051 EP-№ ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərar şəxsən özünə təqdim edilmişdir. Hesab edir ki, 28 yanvar 2022-ci il tarixli №10000/0051 EP № ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərar əsassız, qanunsuz və prosessual pozuntulara yol verməklə qəbul olunduğundan ləğv olunmalıdır. Belə ki, ilk növbədə X6 barəsində inzibati xəta haqqında icraat aparılması, işə baxılmanın vaxtı və yeri barədə rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa iş üzrə inzibati xəta haqqında protokolun mövcudluğu, onun İXMnin 100-101-ci maddələrinə uyğun tərtib olunması onlarda şübhə doğurur, çünki həmin protokolun surəti barəsində inzibati icraat aparılan şəxsə təqdim olunmamış və ya ünvanına rəsmi olaraq göndərilməmişdir. Bundan başqa təhqiqatçı X7 izahat verməyə qanunla nəzərdə tutulmuş qaydada deyil, direktora zəng edərək çağırmışdır. Halbuki İXM-nİn 57-ci maddəsinin tələbinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına həm məhkəmə, həm səlahiyyətli orqan tərəfindən bütün bildirşlər sifarişli poçt göndərişi ilə çatdırılmalıdır. Təhqiqatçının qeyri-rəsmi çağırışına belə hörmətlə yanaşaraq barəsində icraat aparılıb-aparılmadığı dəqiq bilməyən X9 izahat vermək üçün hüquqlarının yüksək keyfiyyətli müdafiəsi məqsədi ilə vəkil ilə müqavilə bağlamış və vəkili ilə təhqiqatçının yanına getmiş, lakin onun müdafiə hüquqları pozularaq ona vəkilin iştirakı olmadan izahat verəcəyi bildirilmişdir. Beləliklə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsinə əsasən cərimə olunmasına dair inzibati iş üzrə aparılan bütün hərəkətlər, qəbul olunmuş qərarlar və protokol (əgər mövcuddursa) İXM ilə nəzərdə tutulmuş bütün prosessual və maddi normaları pozmaqla baş vermişdir. Bundan başqa qeyd edilməlidir ki, X4 hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur və o heç bir qanun pozunlusuna yol verməmişdir. Gömrük əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı nəyə əsasən və necə Əliyev Ayaz tərəfindən Kərimov Kərimə məxsus asan imzadan istifadə etməsi müəyyən olunması hər hansı dəlil və sübutlarda öz əksini tapmamışdır. Həmçinin Yasamal Rayon Məhkəməsinə ünvanlanmış ilkin şikayət qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmiş olsa da Yasamal Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli qərardadının 3-cü abzasında göstərmişdir ki, şikayət vermə müddəti ötürülmüşdür. Halbuki inzibati tənbeh vermə haqqında qərarı Kərimov Kərim 23.02.2022-ci il tarixdə Gömrük Komitəsinin Əməliyyat- İstintaq İdarəsinə çağırılaraq həmin tarixdə imza edərək almış və aldığı günün 10-cu günü yəni 04 mart 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə xəbərnaməli poçt göndərişi ilə şikayət ərizəsi ünvanlanmışdır. Yəni 10 günlük şikayət vermə müddəti ötürülməmişdir. Lakin məhkəmə aidiyyatı düzgün seçilmədiyindən sənədlərin qeri qaytarılması ilə razılaşır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən inzibati xəta hadisəsinin törədildiyi yer Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 13, X15, 2-ci mərtəbə, “SEGURİDAD SOLUTİONS" MMC-nin yerləşdiyi ofis olduğundan sənədləri Səbail Rayon Məhkəməsinə göndərirlər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 509.2ci maddəsi ilə 400 manat məbləğində cərimə olunmasına dair 28 yanvar 2022-ci il tarixli № 10000/0051 EP № ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv olunması və X9 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 oğlunun müdafiəçisi "Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası İXM-in 509.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsinə əsasən 509.2. Gömrük brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə-vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, hər hansı bir sübut olmadan şəxs barədə inzibati tənbeh tətbiq edilmiş, çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda X11 X6 məxsus asan imzasından istifadə etməsi qeyd edilsə də bununla bağlı akt tərtib edilməmiş və bu hal sübutlarla əsaslandırılmamış, X4 əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X4 iştirakı təmin edilməmiş, eyni zamanda onun hansı əməlinin inzibati xəta tərkibi yaratması protokol və qərarda öz əksini tapmamışdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X14 oğlunun inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X14 oğlunun Azərbaycan Respublikası İXM-in 509.2-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X14 oğlunun verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli 10000/00** EP ***4041 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında X4 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-793/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-793/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver