Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-795/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 11 fevral 2021-ci il tarixdə saat 01 radələrində əmisi X2 məxsus olan və etibarnamə ilə idarə etdiyi “Vaz 21154” markalı **-OF-*** dövlə qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, S.Vurğun küçəsi ilə Neftçilər prospekt istiqamətində hərəkətdə olarkən Ü.Hacıbəyli küçəsi ilə kəsişmədə ağ rəngli “Maserati” markal avtomobillə toqquşmuş, zərbənin təsirindən avtomobili fırlanıb yolun əksi istiqamətində dayanmışdır. Hadisə zamanı çox sayda xəsarətlər aldığından huşunu itirmiş və ayılanda təcil tibbi yardım maşınında olduğunu görmüşdür. Təcili tibbi yardım maşını onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, orada bir gün qaldıqdan sonra “VitaMed” Klinikasına gətirilmişdir. Toqquşduğu avtomobil ağ rəngli “Maserati” markalı olmuş, lakin dölət qeydiyyat nişanını bilmir. Hadisə S.Vurğun küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsindəki sarı kəsişmə torunun üzərində baş vermiş, həmin vaxt yol boş olduğu üçün avtomobili 4-cü sürət pilləsi ilə idarə etmiş və sürəti 7C km/saat olmuşdur. O, kəsişməyə daxil olmazdan əvvəl işıqfora baxmamış, sonradan məlum olmuşdur ki, qırmızı işıqda kəsişməyə girmişdir. Toqquşma idarə etdiyi “Vaz 21115” markalı avtomobilin qabaq hissəsi ilə “’’Maserati” markalı avtomobilin sürücü qapısı arasında baş vermişdir. O, kəsişməyə çatanda sağ yan güzgüdən arxaya baxmış, həmin an yanındakı Aleksey adlı şəxs əlini cihazlar panelinin üstünə vurub “yavaş” deyəndə toqquşma baş vermişdir. Təhlükəni Aleksey qışqıranda və “Maserati” markalı avtomobilə 1 metr məsafə qalmış hiss etmiş, əyləcdən istifadə etməyə imkan tapmamışdır. Hadisə zamanı avtomobilin sükanı onun qarın boşluğuna dəymiş və sağ böyrəyindən xəsarət almış, sol dizində sıyrıq əmələ gəlmiş, sağ biləyi yerindən çıxmışdır. Hadisə zamanı Aleksey qaş nahiyəsindən xəsarət almışdır. Avtomobildə 1 nəfər sərnişin olmuş, artıc yük olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi və xəsarət alması ilə bağlı “Maserati Ghibli” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Hadisə nəticəsində xəsarət almış X1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 mart 2021-ci il tarixli qərardan görünür ki, 11 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyy hadisəsi zamanı Şəxs və X5 xəsarət almaları barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işini başlanmasının rədd edilmiş və “Vaz 21154” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçü toplanmış material Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X5 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı yüngül bədən xasarəti ilə bağlı Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibb ekspertizasının 13.02.2021-ci il tarixli 67 saylı rəyindən görünür ki, 1984cü il təvəllüdlü X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ qaş nahiyəsinin, sağ üst göz qapağının və sağ gözün bayır bucağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, eləcə də burunun yumşaq toxumalarının şişkinliyi və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişk qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.02.2021-ci il tarixli avtomol travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs oğl idarə etdiyi “Vaz 21154” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 11.02.2021-ci il tarixdə saat 01:09 radələrində yaşayış məntəqəsi daxilində 60 km/saat sürəti ilə hərəkət etms olduğu halda Səbail rayonu, S.Vurğun küçəsi ilə 70 km/saat sürəti ilə hərəkətdə olmaqla “Yol” hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə riayət etməyərək və svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt və svetofor qarşısında dayanmalı və bununla hadisənin qarşısını almağa texniki imkanı olduğ halda “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq svetoforun qadağanedici siqnalında Səbail rayonu, S.Vurğun küçəsi ilə Ü.Hacıbəyli küçəsini kəsişməsinə daxil olaraq kəsişmədə hərəkətdə olan sürücü X8 idar etdiyi “Maserati Ghibli” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş zərbənin təsirindən sonuncu avtomobil fırlanaraq kəsişən hərəkət hissəsinin kəsişməsindən metrdən az yaxınlıqda dayanmış vəziyyətdə olan “xxxx” Bank olmayan Kredit Təşkila MMC-yə məxsus olan və X4 etibarnamə ilə idarə etdiyi “Jeep Wrangler” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, “Jeep Wrangler” markalı avtomobil ətalətlə hərəkət edərək yolun sağında mövcud olan parklanma yerində park edilmişdir. X3 məxsus olan və X7 etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı **-BC- *** dövlət qeydiyyat nişan avtomobilə, sonuncu avtomobil isə önündə park edilmiş X9 məxsus və idarə etdiyi “Chrysler 200” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Vaz 21154” markalı avtomobilin sürücüsi Şəxs və həmin avtomobildə sərnişin qismində olmuş X6 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜİ zərərvurmaya aid bədən xəsarətləri almış, yolnəqliyyat hadisəsinin iştirakçıları olan nəqliyyat vasitələrinə maddi ziyan vurulmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-795/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-795/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver