Məhkəmə qərarları › İş №3(009)-8/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-8/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-8/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(009)-1767/2020 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(103)-1840/2020 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(009)-1767/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokola toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3315/2019-006 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs Zərərçəkmiş şəxs xeyrinə 4.070 (dörd min yetmiş) manat əsas borc, 100 (yüz) manat hüquqi xidmətlərə görə, 5 (beş) manat notariat hərəkətlərinə görə və iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu, cəmi 4.205 (dörd min iki yüz beş) manat məbləğində pul tutulmalıdır. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. İşə əlavə edilmiş “İcraata başlamaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, borclu cavabdeh Şəxs Zərərçəkmiş şəxs xeyrinə 4.070 (dörd min yetmiş) manat əsas borc, 100 (yüz) manat hüquqi xidmətlərə görə, 5 (beş) manat notariat hərəkətlərinə görə və iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu, cəmi 4.205 (dörd min iki yüz beş) manat məbləğində pul tutulmalıdır. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, bildiriş Şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmaqla qəbul edilmişdir. İşə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3315/2019- 006 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4.205 (dörd min iki yüz beş) manat məbləği tələbkar Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirməklə icra sənədini icra etməyərək borcu ödəməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 05 (beş) ay 7 (yeddi) gün öncə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALD İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. İnzibati tənbeh vermə müddəti başa çatdığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar