Məhkəmə qərarları › İş №3(009)-801/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-801/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-801/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər X7 İdarəsinin inzibati tənbehvermə haqqında 16.03.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 3 bal olmaqla 60 (altımış) manat məbləğində cərimə edilmişdir. Məlumat üçün bildirir ki, iş tapşırığına əsasən 16.03.2022-ci il tarixdə, saat 16:47 radələrində idarə etdiyi **-FC-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Energetika Nazirliyinə getmək üçün Hökumət evinin həyətindəki avtodayanacağa daxil olan kimi 2 dəqiqə keçmədən Mersedes Benz markalı X6 maşını həyəcan siqnalı verərək arxasınca gələrək onu saxlatmışdır. O da hörmət əlaməti olaraq saxlamış və maşından düşərək polis əməkdaşına yaxınlaşmışdır. Ona bildirilmişdir ki, o “Giriş qadağandır” nişanının tələbini pozmuşdur. O, Hökumət evinin altında yerləşən avtodayanacağa daxil olmalı idi. O Hökumət evinin altında avtodayanacaq olduğunu bilmədiyini bildirmiş və ona məlumat verdiyi üçün təşəkkür etmişdir. O maşını aparıb avtodayanacağa salacağını bildirmişdir. Polis əməkdaşı ona bildirmişdir ki, sənədləri təqdim etsin. Səbəbini soruşanda təkrar olaraq bildirdi ki, qayda pozuntusu edib ona görə protokol yazmalıdır. O polis əməkdaşına başa salmışdır ki, o qayda pozmamışdır. Sonradan Hökumət evinin qarşısındakı vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş səkinin üstündə “Giriş qadağandır” nişanı qoyulub. Həmin nişanın istiqaməti elə qoyulub ki, vətəndaşların hərərkəti üçün nəzərdə tutulmuş səkinin üstündə maşın saxlamaq olmaz kimi nəzərdə tutulub. O nə qədər fikrini polis əməkdaşına bildirsədə heç bir nəticə verməmişdir. Hökumət evinin həyətində yüzlərlə şəxsi maşınlar var. Soruşmuşdur ki, niyə görə sən təkcə onun maşınıma cərimə yazır? Qanun qanundur onda niyə görə orada olan maşınlara yazılmır? Cavabında bildirmişdir ki, onu görmüş ona görə cərimə yazır. Çünki hər yazdığı protokola görə faiz alır. Hökumət Evinin həyətində qanunsuz olaraq ona İXP ******* saylı protokol tərtib edərək 60 manat məbləğində cərimə yazdı. Protokol yazmasına baxmayaraq, protokolun surətini də ona təqdim etməmişdir. Cərimə nəticəsində ona 3 bal yazılmışdır. Ona izah etmişdir ki, o bilərəkdən daxil omayıb, əgər bilmiş olsa idi təbii ki, avtodayanacağa daxil olub yol patrul xidməti ilə üz-üzə gəlməzdi . əksinə polis əməkdaşı ona yol göstərmək əvəzinə kobudluq etmişdir. Ona iradını bildirsə də nəticəsi olmamışdır. İXP ******* saylı protokol yazılmışdır. Polis əməkdaşı sanki cərimə yazmamaq üçün ondan nəsə gözləmişdir. Lakin istəyinə nail olmadığından ona qarşı haqsızlıq etmişdir. Əlavə olaraq qeyd edir ki, həmin polis serjantı sonradan adını bildiyi Məmmədzadə Mustafa xidməti maşınla Hökumət evinin həyətində arxasınca həyəcan siqnalı verə-verə elə gəlirdi ki, elə bil o hər hansı cinayət törətmişdir və onu zərərsizləşdirməyə gəlir. Onun bu hərəkətindən həddindən artıq sarsıntı keçirmişdir. Təzyiqi qalxmış və eyni zamanda əsəbindən səhərə kimi yata bilməmişdir. Bakı şəhər X7 İdarəsinin İnzibati Xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 16.03.2022-ci il tarixli, TP ******* saylı Qərarını qanunsuz hesab edir. Bütün bunlar onu göstərir ki, inzibati xətanın kim tərəfindən törədilməsi dəqiqləşdirilmədən, mənim barəmdə inzibati tənbeh tətbiq edilmişdir ki, bu da AR İXM-nin 8-ci maddəsinin tələblərinin pozulması deməkdir. Həmin maddədə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bakı şəhər X7 İdarəsinin İnzibati tənbehin vermə haqqında 16.03.2022-ci il tarixli, TP ******* saylı Qərarı 20.04.2022-ci il tarixdə almışam. Bu barədə həmin qərarın üzərində X7 İdarəsi tərərfmdən qərarın mənə verilmə tarixi qeyd edilmişdir. Qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək Bakı şəhər X7 İdarəsinin inzibati tənbehin vermə haqqında 16.03.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz təqdim edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 16 mart 2022-ci il tarixdə saat 16:47-də idarə etdiyi Hyundai Sonata minik markalı 77-FC- 690 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Hökümət evinin qarşısında 3.1 Giriş qadağandır yol nişanının təsir dairəsinə daxil olaraq yol hərəkəti qaydasını pozmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ- ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81 -ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 tərəfindən törədilmiş yol hərəkəti qayda pozuntusu avtopatrul avtomobilində ərazidə quraşdırılmış video kamera ilə də qeydə alınmış lakin inzibati xəta bilavasitə Bakı şəhər BPİ X7 İdarəsinə bilavasitə tabe olan YPXA-n YPX inspcktoru polis baş serjantı X1 tərəfindən bilavasitə aşkar edilmişdir. Beləliklə də barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə qanuni və əsaslı olaraq inzibati məsuliyyətə cəlb edilməklə inzibati qaydada cərimə edilmişdir. İnzibati tənbeh vermə haqında qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında hadisəni əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 16.03.2022-ci il tarixdə, saat 16:47-də X2 idarə etdiyi "Hyundai sonata minik" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Ü.Hacıbəyov küçəsi, Hökümət evinin qarşısında “3.1 Giriş qadağandır” yol nişanının təsir dairəsinə daxil olaraq yol hərəkəti qaydasını pozmuşdur Məhkəmə tərəflərin izahatlarını dinləyib, hadisəni əks etdirən videogörüntüyə baxıb hesab edir, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Belə ki, işə əlavə edilmiş 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 16.03.2022-ci il tarixdə, saat 16:47-də radələrində Bakı şəhəri Ü.Hacıbəyov küçəsi, Hökümət evinin qarşısında "Hyundai sonata minik" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 16.03.2022-ci il tarixdə, saat 16:47-də radələrində Bakı şəhəri Ü.Hacıbəyov küçəsi, Hökümət evinin qarşısında "Hyundai sonata minik" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 16.03.2022-ci il tarixdə, saat 16:47-də radələrində Bakı şəhəri Ü.Hacıbəyov küçəsi, Hökümət evinin qarşısında "Hyundai sonata minik" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, hadisəni əks etdirən videogörüntü ilə kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ- ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81 -ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili idarə edərkən “3.1 Giriş qadağandır” yol nişanının tələblərini pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar