Məhkəmə qərarları › İş №3(009)-808/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-808/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-808/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 00100-2231/20 saylı və xx xxxxxx 2020-ci il tarixli 00100-2318/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(009)-3152/2020 saylı qərarı ilə 3(009)-2823/2020 saylı və 3(009)-3152/2020 saylı inzibati xətalara dair işlər bir icraatada birləşdirilmiş və həmin işlərə 3(009)-2823/2020 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-2823/2020 saylı qərarına əsasən Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(009)-2823/2020 nömrəli qərarı ləğv edilərək, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(103)-254/2021 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-2823/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 00100-2231/20 saylı, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx xxxxxxx 2020-ci il tarixdə, saat 03:16 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası Gömrük Ərazisinə Türkiyə Respublikasının “RBS RAVAGO İnsaat Yalıtım urunları A.S” şirkəti tərəfindən 67BB231/99ZA385 qeydiyyat nişanlı avtomaşınla göndərilmiş və Bakı Baş Gömrük İdarəsində **********0519 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən ümumi çəkisi 8470 kq “daş yun” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim etməli olduğu halda, etmədiyi tarixdə Bakı Baş Gömrük İdarəsində aşkar olunmuşdur. Qısa idxal bəyannaməsi tərtib edilmədiyindən cəmiyyət tərəfindən mallar **********0519 sorğu nömrəli xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş lakin qeyd olunan bəyannamənin 40-cı qrafası qısa idxal bəyannaməsi verilmədiyindən boş saxlanılmışdır. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/029383 saylı xx xxxxxxx 2020-ci il tarixli raport, **********0519 saylı xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi, CMR sənədi, VAİS-proqram təminatından çıxarış, baxış protokolu, Şəxs MMC-nin icraçı direktoru Tağıyev Ruslanın izahatı ilə təsdiq edilir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti mayoru X2 Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilən **********0519 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib- verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmiş, baxış zamanı Şəxs MMC-nin ünvanına Türkiyədən “RBS RAVAGO X7 A.S” şirkət tərəfindən 67BB231/99ZA385 qeydiyyat nişanlı avtomaşınla göndərilmiş ümumi çəkisi 8470 kq olan “daş yun” yükünə dair xx xxxxxxx 2020-ci il tarixdə saat 03:16 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və Şəxs MMC-nin icraçı direktoru Rusiya Federasiyası vətəndaşı Tağıyev Ruslan sorğu-sualı zamanı bildirmişdir ki, “xxxx” MMC-nin ünvanına 67Bb231/99ZA385 nömrəli avtomaşınla göndərilmiş ümumi çəkisi 8470 kg “daş yun” yükü xx xxxxxxx 2020-ci il tarixdə saat 03:16 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçərək Azərbaycan Respublikasına daxil olmuş və **********6372 sorğu nömrəli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Qeyd olunan mallara görə xx xxxxxxx 2020-ci il tarixdə **********7164 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilmişdir, lakin ölkə ərazisində olan internet verilməsində məhdudiyyətlər olduğundan kart vasitəsilə ödəniş edə bilməmişlər. Qısa idxal bəyannaməsinə görə ödəniş olmadığından gömrük orqanına verilməmişdir. İş materiallarında olan 00100-2318/20 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 16, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X10 Tic. LTD. ŞTİ” şirkətindən İHR**********088 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********0514 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********0514 sorğu nömrəli xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin düzgünlüyünün araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına daxil olmuş 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsinin xx xxxxxxx 2020-ci il saat 03:16-da Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində Türkiyə Respublikasının “X10 Tic. LTD. ŞTİ” şirkətindən İHR**********088 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/030996 saylı xx xxxxxx 2020-ci il tarixli raport, **********0514 saylı xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi, 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsinin CMR sənədi, 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olma vaxtını təsdiqləyən VAİS proqram təminatından çıxarış və Şəxs MMC-nin qanuni təmsilçisi olan X3 izahatı ilə təsdiq edilir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X4 Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş **********0514 sorğu nömrəli xx xxxxxxx 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmiş, baxış zamanı Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasının “X10 Tic. LTD. ŞTİ” şirkətindən İHR**********088 nömrəli xx xxxxxxx 2020-ci il tarixli invoys üzrə 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx xxxxxxx 2020-ci il saat 03:16-da daxil olması, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilməməsi müəyyən olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və Şəxs MMC-nin qanuni təmsilçisi olan X6 izahatında direktoru olduğu Şəxs MMCnin əsas fəaliyyət istiqamətinin ölkə ərazisinə tikinti materiallarının idxalı və topdan satışını təşkil etməkdən ibarət olduğunu, sonuncu dəfə Türkiyə Respublikasından 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsi ilə 2 fərqli şirkətdən MMC- nin ünvanına yüklər göndərildiyini, idxal etdikləri mallara dair **********7164 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsini tərtib etdiklərini, lakin, ölkə ərazisində internətə qoyulmuş məhdudiyyətə görə qısa idxal bəyannaməsi üzrə ödənişləri edə bilmədiklərini, nəticədə Şəxs MMC-nin ünvanına 67BB231/99ZA385 nömrəli nəqliyyat vasitəsi ilə İHR**********088 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal etdikləri malların qısa idxal bəyannaməsi olmadan ölkə ərazisinə daxil olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar