Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-809/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 629491 nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 oğlu DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 629491 nömrəli inzibati xəta haqqında qərarı üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, EQ 629491 nömrəli xx.xx.2019-cu il tarixində qeydə alınıb. O rəsmi qaydada məlumatlandırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilmiş sayılır. Ona görə də məhkəmədən başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, şikayətə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il EQ 692491 nömrəli qərar əlavə edilsə də, şikayət ərizəsində EQ 629491 nömrəli xx.xx.2019-cu il tarixli qərar mübahisələndirilmiş və həmin qərar isə şikayətə əlavə edilməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Hazırki şikayət ərizəsində isə şikayətdə qeyd edilən qərarın tarixi və nömrəsi ilə şikayətə əlavə edilmiş qərarın tarix və nömrəsi üst-üstə düşmədiyindən mübahisələndirilən qərarın hansı olmasını aydınlaşdırmaq mümkün olmur. Bundan əlavə, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 hansı inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyini, həmin qərarın hansı tarixdə aldığını göstərməmiş və ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 629491 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 oğlunun DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 629491 nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-809/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-809/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver