Məhkəmə qərarları › İş №3(009)-811/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-811/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-811/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 barəsində tərtib edilmiş Daxili İşlər Nazirliyinin xx xxxx 2021-ci il tarixli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində tərtib edilmiş Daxili İşlər Nazirliyinin xx xxxx 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayət ərizəsində şikayətçi xx xxxx 2021-ci il tarixli Qərarın ləğv edilməsini xahiş etsə də, şikayət ərizəsinə xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı protokolu əlavə etmiş, lakin həmin protokol əsasında qəbul edilmiş qərarın surətini iş materiallarına əlavə etməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXMin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə mübahisələndirilən qərar əlavə edilmədiyindən geri qaytarılmalı və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-129, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib edilmiş Daxili İşlər Nazirliyinin xx xxxx 2021-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar