Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-811/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurovun, zərərçəkmiş şəxs (tələbkar) X1 iştirakları ilə, Şəxs barəsində Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı, 03.04.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 27 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı, 03.04.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 11370 manat məbləğində pul vəsaiti tutularaq X4 və X2 verilməlidir. İcra sənədi 04.12.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət edilmiş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclu tərəfindən 10.02.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “Elektron icra” sistemindən borcluya məxsus “Jeep” minik markalı ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmiş və sözügedən avtomobilin üzrəinə həbs qoyulması məqsədilə 27.12.2019-cu il tarixdə təqdimat ilə Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-20/2020 saylı, 21.01.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş və qeyd olunan əmlakın üzrrinə həbs qoyulması qərara alınmışdır. Borclu 10.02.2020-ci il tarixdə şöbədə olmuş və ondan izahatı alınmışdır. İzahatında məhkəmə qərarından razı olmadığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müracət etdiyini bildirmişdir. Daha sonra borclunun yaşayış yerini müəyyən etmək mümkün olmamış və borclu çağırışlara gəlməkdən yayınmışdır. Bu səbəbdən 05.03,2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunmuş və icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin 06.03.2020-ci il tarixli məktubunda borclu Şəxs barəsində 20218/18 nömrəli mülki axtarış işinin açıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2020-ci il tarixli məktubunda şikayət üzrə mülki işin tələb olunduğu, məsələyə Kontitusiya məhkəməsində baxılması üçün zəzuri sənəd və materialların toplandığı, şikayət üzrə qəbul ediləcək hər hansı məhkəmə aktı barədə əlavə məlumat veriləcəyi qeyd olunmuşdur. Borclu növbəti dəfə 04.08.2020-ci il tarixdə şöbədə olmuş və ondan izahatı alınmışdır. Borclu barəsdində həmin gün inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Borclu 04.08.2020ci il tarixdə tələbkarın xeyrinə ödənilməsi üçün Səbail rayon İcra şöbəsinin depozit hesabına 500 (beş yüz) manat ödəniş etmişdir. Səbail rayon məhkəməsinin 3(009)- 1465/2020 saylı, 04.08.2020-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Sonrakı aylarda müxtəlif vaxtlarda borclu tərəfindən tələbkarın xeyrinə ödənilməsi məqsədilə Səbail rayon İcra şöbəsinin depozit hesabına ümumilikdə 1800 (min səkkiz yüz) manat ödəniş etmişdir. Tələbkarlara müvafiq bank rekvizitlərinin şöbəyə göndərilməsi ilə bağlı müraciət olunmuş, lakin onlar tərəfindən müvafiq bank hesabları təqdim olunmamışdır. Borc məbləğinin hissə-hissə qəbul etmədiklərini bildirmişdirlər. Növbəti dəfə 29.04.2021-ci il tarixdə borclu barəsində yenidən axtarış qərarı qəbul olunmuş və icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 27 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 250/2019 saylı, 03.04.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Borclu 06.05.2021-ci il tarixdə şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. İzahatında məhkəmə qərarının icrasından yayınmadığını, məhkəmə qərarına hörmətlə yanaşdığını, lakin hazırda borcu tam olaraq ödəyə bilmədiyini, hissəhissə ödəyə biləcəyini qeyd etmişdir. Ona verilmiş suala cavab olaraq 04.08.2020-ci il tarixdən sonra hissə-hissə ödəniş etdiyindən və hüquqlarını tam olaraq bilmədiyindən vaxtında məhkəməyə müraciət etmədiyini qeyd etmiş, sonradan hüquqları izah olunduğunu, bu səbəbdən də 06.05.2021-ci il tarixdə hissə-hisə ödəniş ilə bağlı məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Əlavə olaraq mülkiyyətində olan avtomobil ilə qəza keçirtdiyini, avtomobilin yararsız vəziyyətə düşdüyünü və 2015-ci ildə avtomobili “Yunayted Kredit Bank” na təhvil verdiyini bildirmişdir. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Səbail rayon məhkəməsinin 3(009)- 1046/2021 saylı 06.05.2021-ci il tarixli qərarına əsasən protokol təmin edilməmişdir. Borclu borcun hissə hissə ödəbilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon məhkəməsinin 2(009)-121/2021 saylı, 21,05.2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Bakı Apellyasiya məhkəməsinin 3(103)-1256/2021 saylı, 26.05.2021-ci il tarixli qərarına əsasən Səbail rayon məhkəməsinin 3(009)-1046/2021 saylı 06.05.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola Səbail rayon məhkəməsində 25.06.2021-ci il tarixdə yenidən baxılmışdır. Protokola baxılan zaman borclu məhkəməyə yazılı iltizam təqdim edərək 25 noyabr 2021-ci il tarixədək borc məbləğini tam ödəməyi öhdəsinə götürmüşdür. Tələbkar isə öz növbəsində iltizam ilə razı olduğunu, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokola xitam verilmişdir. Həmin tarixdən 25.11.2021-ci il tarixədək borclu borcundan ümumilikdə 2700 manat ödəniş etmişdir. Götürdüyü iltizama tam əməl etmədiyi üçün borclu barəsində 26.11.2021-ci il tarixdə axtarış qərarı qəbul olunaraq icra olunması üçün Səbail rayon Polis idarəsinə göndərilmişdir. Səbail RPİ-nin 27.11.2021 -ci il tarixli məktubunda borclu barəsində 20661/21 saylı axtarış işinin açıldığı qeyd olunmuşdur. Sonrakı dövrdə 01.12.2021-ci il tarixdə borclu ümumi borcundan 3019 manat ödəniş etmişdir. Borclu qalan borcun silinməsi ilə bağlı AR Ali məhkəməsinə və Gədəbəy rayon məhkəməsinə ərizə ilə müraciət etmiş , lakin ərizələr təmin edilməmişdir. Borclu sonuncu dəfə 27.04.2022-ci il tarixdə tələbkarın hesabına 870 manat ödəniş etmişdir. Hazırda borc məbləği 1880 manat təşkil edir. Tələbkar borcun birdəfəlik bağlanmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Tural Aşurov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs icra sənədinin icrasından yayınmadığını, hazırda 870 manat ödədiyini, qalan 1880 manat məbləği isə ödəyəcəyinə söz verərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X3 borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İş materialına əlavə olunan 64009 qəbzdən görünür ki, Şəxs zərərçəkmiş şəxs (tələbkar) X2 870 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-811/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-811/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver