Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-813/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi X16 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 26 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair “xxxx” ASC-nin sədri Yaşar Həsənovun şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş “xxxx” ASC-nin sədri Yaşar Həsənov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı 26 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 53.1.6-cı maddələrini nəzərə alaraq X13 Xidməti, Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 26 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunması və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sonra inzibati qərar qəbul edildiyindən inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti, Bakı şəhər İdarəsinin “xxxx” ASC-nin sədri Yaşar Həsənova qarşı tərtib etdiyi 26 fevral 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına etiraz olaraq bildirilmişdir ki, “xxxx” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və əsas vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. X18 Cəmiyyətin 12 noyabr 2019-cu il tarixli 06/1283 saylı əmrinə əsasən X10 İstismar Sahəsi, 66/21 saylı qazanxanaya 15 noyabr 2019-cu il tarixindən 2ci dərəcəli mövsümü əməliyyatçı peşəsinə qəbul edilmiş, Cəmiyyətin 17 aprel 2020-ci il tarixli 06/584 saylı əmrinə əsasən 25 aprel 2020-ci il tarixindən Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən (əmək müqaviləsinin müddəti bitdiyi üçün) əmək müqaviləsinə xitam verilmiş və işçiyə çatacaq son haqq-hesabı (465,89 manat) sonuncu iş günü, yəni 25 aprel 2020-ci il tarixində ödənilmişdir. Lakin X18un şikayəti X13 Xidməti, Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə və obyektiv araşdırılmayaraq “xxxx” ASC-nin sədri X4 qarşı inzibati xətanın törədildiyindən 10 ay müddətindən çox vaxt keçməsinə baxmayaraq inzibati xəta haqqında ******* saylı protokol tərtib edilib, inzibati tənbeh vermə haqqında 26 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə istinad edilərək 1600 manat cərimə yazılmışdır. İnzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair “xxxx” ASC tərəfindən faktiki yerləşdiyi ünvan üzrə (Xətai rayonu, Xudu Məmmədov 3 ünvanı) Xətai rayon məhkəməsinə 17 mart 2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət olunmuşdur, lakin Xətai rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 3(011)-1479/2021 nömrəli Qərardadına əsasən şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən aidiyyatı üzrə verilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmışdır. X13 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 26 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərarına əsasən “xxxx” ASCnin sədri X3 1600 manat məbləğində cərimə olunmasını əsassız hesab edir. X13 vətəndaş X6 şikayəti əsasında 11 yanvar 2021-ci il tarixli **********7 nömrəli məktubla “xxxx” ASC-yə müraciət olunmuş, Cəmiyyət tərəfindən 19 yanvar 2021-ci il tarixli 06/11-08 saylı məktubla cavablandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol 16 fevral 2021-ci il tarixində tərtib edilmişdir. X13 Xidməti, Bakı şəhər İdarəsi tərəfindən 16 fevral 2021-ci il tarixli **********2 nömrəli məktubla inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 26 fevral 2021-ci il tarixində saat 15:00 təyin olunması bildirilsə də məktub “xxxx” ASC-nin ünvanına 01 mart 2021-ci il tarixində daxil olmuşdur. X13 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar 26 fevral 2021-ci il tarixində qəbul olunmasına baxmayaraq qərarın surəti ASC-nin ünvanına 16 mart 2021-ci il tarixində daxil olmuşdur. Eyni zamanda “xxxx” ASC-nin sədri X7 barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sonra inzibati qərar qəbul edilmiş, yəni inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra başlanılmışdır. Yuxarıda qeyd olunanları və İnzibati Xətalar Məcəlləsinin 38.1 və 53.0.6-cı maddələrini nəzərə alaraq X13 Xidməti, Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 26 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunması və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sonra inzibati qərar qəbul edildiyindən inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X16 şikayəti müdafiə edərək, İnzibati Xətalar Məcəlləsinin 38.1 və 53.1.6-cı maddələrini nəzərə alaraq X13 Xidməti, Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 26 fevral 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunması və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sonra inzibati qərar qəbul edildiyindən inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin əməkmüfəttişi X9 şikayət əsassız olduğundan onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, “xxxx” ASC-nin sədri Yaşar Həsənov barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 26.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, “xxxx” ASC-nin sədri X7 tərəfindən vətəndaş X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan inzibati xəta haqqında 16 fevral 2021-ci il tarixli, ******* saylı protokolun surətindən görünür ki, “xxxx” ASC-nin sədri X7 tərəfindən vətəndaş X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş 17 aprel 2020-ci il tarixli, 06/584 saylı əmrdən görünür ki, X2 İstilik Sistemləri İstismar Sahəsi, 66/21 saylı qazanxananın mövsümü əməliyyatçısı 25 aprel 2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləainin 73-cü maddəsinə əsasən müddət bitdiyi üçün işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 9 (doqquz), təqdim günü pul əvəzi ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, işçi ilə bağlanmış əmək müqaviləsində istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəməyə göndərilmiş şikayətin materiallardan görünür ki, “xxxx” ASC-nin əməlindəki inzibati xətanın törədilməsi faktı 25 aprel 2020-ci il tarixdən hesab edilməli, həmin tarixdən inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək isə 3 (üç) aydan çox müddət keçmişdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, inzibati tənbeh vermək haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra qəbul edildiyindən, “xxxx” ASC-nin sədri X3 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin 26 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və “xxxx” ASC-nin sədri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “xxxx” ASC-nin sədri X3 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin 26 fevral 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və “xxxx” ASC-nin sədri X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-813/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-813/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver