Məhkəmə qərarları › İş №3(009)-816/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-816/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-816/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 aprel 2021-ci il tarixli, 00100-0652/21 saylı, 02 aprel 2021-ci il tarixli, 00100-0653/21 saylı və 31 mart 2021-ci il tarixli 00100-0626/21 saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 3(009)-841/2021 saylı qərarı ilə 3(009)-816/2021 saylı və 3(009)-841/2021 saylı inzibati xətalara dair işlər bir icraatada birləşdirilmiş və həmin işlərə 3(009)-816/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 3(009)-840/2021 saylı qərarı ilə 3(009)-816/2021 saylı və 3(009)-840/2021 saylı inzibati xətalara dair işlər bir icraatada birləşdirilmiş və həmin işlərə 3(009)-816/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında malları göndərən şirkətin həmin malların göndərilməsi barədə Şəxs MMC-ni əvvəlcədən məlumatlandırmadığı, həmçinin, nəqliyyat vasitəsinin sürücüsünün qısa idxal bəyannaməsinin yazılmasını gözləmədən gömrük sərhəddini keçməsi səbəbindən qısa idxal bəyannamələrinin mallar ölkəyə gəldikdən sonra verildiyini bildirərək, məhkəmənin bu halı nəzərə almasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 00100-0653/21 saylı, 02 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İspaniyanın “TEMPE S.A" şirkətindən 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********0220 sorğu nömrəli 28 mart 2021-ci tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********0220 sorğu nömrəli 28 mart 2021-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına daxil olmuş 34DFS304/34\/D5464 nömrəli nəqliyyat vasitəsinin 25 mart 2021-ci il saat 01:37-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********9600 sorğu nömrəli elektron qaydada qısa idxa bəyannaməsinin isə nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt 34/012/008518 saylı 01.04.2021-ci il tarixli raport, **********0220 saylı 28 mart 2021-ci il tarixli gömrük bəyannaməsi, 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsinin CMR sənədi, 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olma vaxtını təsdiqləyən VAİS proqram təminatından çıxarış və Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X4, Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş **********0220 sorğu nömrəli 28.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmiş, baxış zamanı Şəxs MMC-nin (VÖEN:**********) ünvanına İspaniyanın “TEMPE S.A” şirkətindən 34DFS304/34VD5464 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə 25 mart 2021-ci il saat 01:37-də daxil olmuş, lakin həmin mallara dair tərtib olunmuş **********9600 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə malların daşındığı nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilməsi müəyyən olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs xxxx“Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X5 izahatında Şəxs MMC-nin ünvanına İspaniyadan 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsinin gec verildiyini, ona görə ki, göndərən şirkətin həmin malların göndərilməsi barədə nümayəndəsi olduğu MMC-ni əvvəlcədən məlumatlandırmadığını, həmçinin, nəqliyyat vasitəsinin sürücüsünün də qısa idxal bəyannaməsinin yazılmasını gözləmədən gömrük sərhəddini keçdiyini, bu səbəbdən idxal olunan mallara görə **********9600 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin mallar ölkəyə gəldikdən sonra verildiyini, bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. İş materiallarında olan 00100-0652/21 saylı, 02 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İspaniyanın “X9 Textile S.A” şirkətindən 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********0215, **********0216 və **********0221 sorğu nömrəli 28 mart 2021-ci il tarixli gömrük bəyannamələri tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********0215, **********0216 və **********0221 sorğu nömrəli 28 mart 2021-ci il tarixli gömrük bəyannamələri və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına daxil olmuş 34DFS304/34\/D5464 nömrəli nəqliyyat vasitəsinin 25 mart 2021-ci il saat 01:37-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş **********9594, **********9596 və **********9598 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannamələrinin isə nəqliyyat vasitəsi gömrük ərazisinə daxil oldugdan sonra rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt 34/012/008517 saylı 01 aprel 2021-ci il tarixli raport, **********0215 saylı 28 mart 2021-ci il tarixli gömrük bəyannaməsi, **********0216 saylı 28 mart.2021-ci il tarixli gömrük bəyannaməs **********0221 saylı 28 mart 2021-ci il tarixli gömrük bəyannaməsi, 34DFS304/34VD5464 nömrə nəqliyyat vasitəsinin CMR sənədi, 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olma vaxtını təsdiqləyən VAİS program təminatından çıxarış və “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X4, Şəxs MMC (VÖEN:**********) tərəfindən təqdim edilmiş **********0220 sorğu nömrəli 28 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmiş, baxış zamanı Şəxs MMC-nin (VÖEN:**********) ünvanına İspaniyanın “TEMPE S.A” şirkətindən 34DFS304/34VD5464 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə 25 mart 2021-ci il saat 01:37-də daxil olmuş, lakin həmin mallara dair tərtib olunmuş **********9600 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə malların daşındığı nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilməsi müəyyən olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs xxxx“Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaş X5 izahatında Şəxs MMC-nin ünvanına İspaniyadan 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsinin gec verildiyini, ona görə ki, göndərən şirkətin həmin malların göndərilməsi barədə nümayəndəsi olduğu MMC-ni əvvəlcədən məlumatlandırmadığını, həmçinin, nəqliyyat vasitəsinin sürücüsünün də qısa idxal bəyannaməsinin yazılmasını gözləmədən gömrük sərhəddini keçdiyini, bu səbəbdən idxal olunan mallara görə **********9594, **********9596 və **********9598 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannamələrinin mallar ölkəyə gəldikdən sonra verildiyini, bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. İş materiallarında olan 31 mart 2021-ci il tarixli 00100-0626/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 28 mart 2021-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində **********0217 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş, İspaniyadan 34DFS304/34VD5464 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikas Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 25 mart 2021-ci il tarixdə saat 01:37-cə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbayca- Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair **********9590 sorğu nömrəli qısa idxal bəyannaməsini 25 mart 2021ci il tarixdə saat 01:44-də gömrük orqanlarına elektron formada verərək, həmin mallar gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxa bəyannaməsi verməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/008225 nömrəli 30.03.2021-ci il tarixli raport, **********0217 sorğu nömrə Gömrük bəyannaməsi, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan çıxarışlar, hüquqi şəxsin nümayəndəsinin izahatı, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs xxxx“Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaş X5 izahatında nəqliyyat vasitəsinin sürücüsü qısa idxal bəyannaməsinin yazılmasını gözləmədən gömrük sərhəddini keçdiyi üçün **********0217 sorğu nömrəsi ilə rəsmiləşdirilmiş yükə dair qısa idxal bəyannaməsinin verilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar