Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-816/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 28 aprel 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru X6 protokolu müdafiə edərək izahatında bildirdi ki, 27.04.2022-ci il tarixdə Xaqani küçəsi95 ünvanında baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırılması aparılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, yol patrul xidməti əməkdaşları həmin an “Ravon R4” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsə inzibati xəta haqqında protokol tərtib etmək üçün saxlamış, yol patrul xidməti əməkdaşı vəzifə borcunu yerinə yetirərəkən digər bir şəxs Şəxs onlara yaxınlaşaraq sual vermiş, polis əməkdaşı Şəxs xidmətlərinə mane olmamasını bildirmişdir. Şəxs isə polis əməkdaşını söyərək oradan uzaqlaşmışdır. Daha sonra yol patrul xidməti əməkdaşları ilə mübahisəyə qardaşları da qoşulmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirdi ki, qeyd etdiyi tarixdə yaşadığı həyətdən yola çıxmış və yol patrul xidməti əməkdaşının başqa avtomobili saxladığını görmüşdür. Polis əməkdaşına yaxınlaşmış avtomobilin yük yerinin açıq olmasına görə cərimənin nəzərdə tutulubtutulmamasını soruşmuşdur. Polis əməkdaşı isə cərimənin nəzərdə tutulmadığını bilmişdir. Digər polis əməkdaşı mane olmamasını bildirmiş, o isə mane olmadığını, sadəcə sual verdiyini bildirmişdir. Daha sonra oradan yaşadığı evin həyətinə doğru getmiş, polis əməkdaşları arxasınca gəlmişlər. Polis işçilərinə yalnız sual vermiş, başqa heç bir qanunsuz hərəkət etməmişdir. O polis içilərini söyməmiş, təhqir etməmişdir. Həyətə girərkən yol patrul xidməti əməkdaşı onu şalvarından tutub dartmışdır. Hadisə yaşadığı evin qapısı qarşısında baş vermişdir. Özünü təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Polis əməkdaşları şəxsin arxasınca gəlmiş özləri təhrikedici hərəkətlər etmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X10 izahatında bildirmişdir ki, 27.04.2022-ci il tarixdə xidmətdə olarkən “Ravon R4” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsə inzibati xəta haqqında protokol tərtib etmək üçün saxlamışlar, xidmət yoldaşı avtomobili idarə edən şəxsin şəxsiyyətini müəyyən edərkən kənar bir şəxs Şəxs xidmət yoldaşına yaxınlaşmış və avtomobilin yük yerinin açıq idarə olunmasının hər hansı bir xəta tərkibinin yaradıb yaratmamasını bildirmişdir. Həmin zaman o vətəndaşa xidmətə mane olmamasını bildirmiş özü avtomobilin arxasında olduğundan sualları ona verməyi təklif etmişdir. Həmin şəxs isə cavabında “mən sənlə deyiləm, sakit ol” deyə bildirmişdir. Kənara çəkildikdə həmin şəxs təhqiramiz ifadə işlətmişdir. Bu səbəbdən ona dayanmağı və bölməyə dəvət ediləcəyini bildirmişdir. Şəxs isə uzaqlaşmağa başlamışdır. O həmin şəxsin arxasınca getmiş və kəmərindən tutaraq saxlamış və qanuni tələblərə əməl etmədiyi, müqavimət göstərdiyi, təhqiramiz ifadə işlətdiyi üçün bölməyə dəvət olunacağını bildirmişdir. Daha sonra Şəxs qışqırmağa başlamış, bundan sonra anası və Şəxs qardaşları çölə çıxmış, mübahisə baş vermişdir. Şəxs saxlamaq üçün sadəcə kəmərindən tutumuşdur, şəxsin köynəyi isə şəxsin özü tərəfindən cırılmışdır. Qeyd edilənlər videogörüntülərdən açıq aydın müəyyən edilir. Şəxs anası, həmçinin özü və qardaşı X8 təhqiramiz ifadələr işlətmiş, X9 isə ailə üzvlərini sakitləşdirməyə çalışmışdır. Daha sonra həmin şəxslər polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru Mirzəmmədov Vladik Natik oğlu eyni məzmunlu izahat verərək X5 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında hadisənin videogörüntülərinə baxılarkən müəyyən olunmuşdur ki, Şəxs və X8 polis əməkdaşının qanuni göstərişlərinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Bakı şəhərr BPİ-nin tol patrul xidməti alayının polis əməkdaşlarının tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs, X3 və X4 əməllərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbrlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın sürəti aidiyyatı əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.04.2022-ci il tarixdə Səbail rayonu, Xəqani küçəsində YPXB-nün əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və söyüb təhqir etmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 aprel 2022-ci il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar edilmədi. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 27 aprel 2022-ci il tarixdən saat 23:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-816/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-816/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver