Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-817/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xubiyar qızının iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Xubiyar qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 05 aprel 2021-ci il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-467/2018 saylı, 17.01.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs Xubiyar qızından 4000 manat pul vəsaiti tutularaq X3 ödənilməlidir. Borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir və hal-hazırda işləmir. İş üzrə tələbkar icra sənədinin icrasının təmin edilməsini tələb edir. İcra sənədinin icrası ilə bağlı borclu 05.04.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında bildirmişdir ki, o, 4000 manat borcdan 2550 manat ödəmişdir və 1450 manat borcu qalmışdır, borcu ödəməməyinin səbəbi işinin olmamasıdır, icra vərəqəsini iki ay ərzində tam şəkildə icra edəcəkdir. Məhkəmə iclasında Səbail Rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etdi, protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xubiyar qızı məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, onun borcu tam ödəməməyinin səbəbi iş yerinin olmaması, himayəsində yetkinlik yaşına şatmayan üç qızının olması, ailənin yeganə dolandıranın o özü olmasıdır. Pandemiya ilə əlaqədar iş tapmaq çətinləşmişdir. O, xadimə kimi evlərdə işləyərək borcu hissə-hissə ödəyir. O, 4000 manat borcdan 2550 manat ödəmişdir və 1450 manat borcu qalmışdır. Hal-hazırda tələbkara 300 manat ödəməyə hazırdır və söz verir ki, borcun qalan hissəsini də ayın sonuna kimi ödəyəcək. Lakin tələbkar ondan borcu tam həcmdə ödəməyini istəyir. O, borcu ödəməkdən boyun qaçırmır. Lakin hal-hazırda borcu tam ödəməyə imkanı yoxdur. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Hal-hazırda tələbkara 300 manat ödəməyə hazırdır və söz verir ki, borcun qalan hissəsini də ayın sonuna kimi ödəyəcəkdir. Lakin tələbkar ondan borcu tam həcmdə ödəməsini istəyir. Ona görə də, inzibati məsuliyyətdən azad olunmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, borclu Şəxs Xubiyar qızını əvvəllər tanımış və sonuncunun xahişi ilə ona 4000 manat borc pul vermişdir. Hal-hazıradək həmin borcu Ruhiyyədən ala bilmir. Artıq üç ildir ki, pulu qaytaracağına dair yalan vədlər verir. O yaşlı adamdır və borclunun yalan vədləri və pulunun qaytarılmaması onun səhhətinə pis təsir edir. Hal-hazırda Ruhiyyənin ona 1450 manat borcu qalmışdır. Ruhiyyə hal-hazırda ona 300 manat vermək istədiyini bildirir, lakin o, həmin pulu qəbul etmək istəmir və borcun birdəfəlik ödənilməsini tələb edir. Ona görə də, Ruhiyyə barəsində qanuni tədbir görülməsini xahiş edir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Xubiyar qızının hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Xubiyar qızının əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Xubiyar qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Xubiyar qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-817/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-817/2021
05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver