Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-817/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 28 aprel 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru X11 protokolu müdafiə edərək izahatında bildirdi ki, 27.04.2022-ci il tarixdə Xaqani küçəsi 95 ünvanında baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırılması aparılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, yol patrul xidməti əməkdaşları həmin an “Ravon R4” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsə inzibati xəta haqqında protokol tərtib etmək üçün saxlamış, yol patrul xidməti əməkdaşı vəzifə borcunu yerinə yetirərəkən digər bir şəxs X13 onlara yaxınlaşaraq sual vermiş, polis əməkdaşı X8 xidmətlərinə mane olmamağı bildirmişdir. X13 isə polis əməkdaşını söyərək oradan uzaqlaşmışdır. Daha sonra yol patrul xidməti əməkdaşları ilə mübahisəyə qardaşları da qoşulmuşdur. Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və qanuni göstərişlərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, polis əməkdaşına qarşı nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh növünün seçilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X5 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X21 İdarəsinə bilavasitə tabe olan Yol-patrul xidməti yol-patrul xidməti inspektoru X16 izahatında bildirmişdir ki, 27.04.2022-ci il tarixdə xidmətdə olarkən “Ravon R4” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsə inzibati xəta haqqında protokol tərtib etmək üçün saxlamışlar, xidmət yoldaşı avtomobili idarə edən şəxsin şəxsiyyətini müəyyən edərkən kənar bir şəxs X13 xidmət yoldaşına yaxınlaşmış və avtomobilin yük yerinin açıq idarə olunmasının hər hansı bir xəta tərkibinin yaradıb yaratmamasını soruşmuşdur. Həmin zaman o vətəndaşa xidmətə mane olmamağı bildirmiş, özü avtomobilin arxasında olduğundan sualları ona verməməyi bildirmişdir. Həmin şəxs isə cavabında “mən sənlə deyiləm sakit ol” deyə bildirmişdir. Kənara çəkildikdə həmin şəxs təhqiramiz ifadə işlətmişdir. Bu səbəbdən ona dayanması və bölməyə dəvət ediləcəyini bildirmişdir. Şəxs isə uzaqlaşmağa başlamışdır. O həmin şəxsin arxasınca getmiş və kəmərindən tutaraq saxlamış və qanuni tələblərə əməl etmədiyi, müqavimət göstərdiyi, təhqiramiz ifadə işlətdiyi üçün bölməyə dəvət olunacağını bildirmişdir. Daha sonra X13 qışqırmağa başlamış, bundan sonra anası və X6 qardaşları çölə çıxmış, mübahisə baş vermişdir. X1 üçün sadəcə kəmərindən tutumuşdur, şəxsin köynəyi isə şəxsin özü tərəfindən cırılmışdır. Qeyd edilənlər videogörüntülərdən açıq aydın müəyyən edilir. X6 anası, həmçinin özü və qardaşı Şəxs Eldər oğlu təhqiramiz ifadələr işlətmiş, X14 isə onları sakitləşdirməyə çalışmışdır. Daha sonra həmin şəxslər polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X21 İdarəsinə bilavasitə tabe olan YPX Alayının MEB-in yol-patrul xidməti inspektoru Mirzəmmədov Vladik Natik oğlu eyni məzmunlu izahat verərək X10 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında hadisənin videogörüntülərinə baxılarkən müəyyən olunmuşdur ki, X13 və Şəxs Eldər oğlu polis əməkdaşının qanuni göstərişlərinə tabe olmamış, onlara qarşı nalayiq ifadələr işlətmişlər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Bakı şəhər BPİ-nin yol patrul xidməti alayının polis əməkdaşlarının tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6, X7 və Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbrlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın sürəti aidiyyatı əməkdaşlara həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.04.2022-ci il tarixdə Səbail rayonu, Xəqani küçəsində YPXB-nün əməkdaşlarını söyüb təhqir etmiş və qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 aprel 2022-ci il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 27 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən 1/4 hissəsi çıxılmalı və o cərimənin 1/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-817/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-817/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver