Məhkəmə qərarları › İş №3(009)-819/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-819/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-819/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, xx xxxx 1988-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qazax rayonu, Orta Salahlı Ə/D, Qazaxbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən tərtib edilmiş 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı qəbul etmiş Bakı şəhəri Səbail Rayon Prokurorluğunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Bakı şəhər Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən qəbul edilmiş 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 05 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən X1 xəsarət alması faktında "xxxx" MMC-nin direktoru biter və podratçı Şəxs əməllərində tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, uzun müddət tikintilərdə beton tökmə işi ilə məşğul olmuşdur. Əvvəllər bir yerdə işlədiyi Ramin adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə "Makro 2000” şirkətinin direktor müavini Milad adlı şəxslə tanış oldmuşdur. Həmin vaxt Miladla birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin həyətinə gəlmişlər. Milad onun işlədiyi şirkət tərəfindən məktəbin həyətində qazanxana tikiləcəyini, bunu işi onunla görmək istədiyini demişdir. Tikinti ilə məşğul olduğu üçün onunla razılaşmışdır. Bundan sonra əvvəllər bir yerdə işlədiyi və tanıdığı, usta kimi işləyən Zahir Xəlilovla danışmışdır. Ona da bu işlə bağlı məlumat vermiş və razılığını aldıqdan sonra xx.xx.2024-cü il tarixdə Zahirlə birlikdə "xxxx" şirkətinin "Qış Parkı”nın yaxınlığında yerləşən ofisinə gəlmişlər. Həmin gün qeyd etdiyi işi görmək üçün "xxxx" şirkəti onunla podrat müqaviləsi bağlamış və qazanxana tikintisi işini tapşırmışdır. Bundan sonra həmin işi görmək üçün Zahirlə birlikdə orta məktəbə getmişlər. Zahirdən başqa əlavə Kərim və Aqşini fəhlə kimi işə cəlb etmişdir. Orada gördüyü iş qəlib qurmaq, dəmir yığmaq və beton tökməkdən ibarət olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 12 radələrində usta Zahir Xəlilov nərdivana çıxaraq qəlib sökmək və cilozları açmaq istəyərkən öz ehtiyatsızlığından, təxminən bir metr hündürlükdən yerə yıxılaraq sol ayağının topuq hissəsindən xəsarət almışdır. Bundan sonra dərhal şirkətin direktor müavini Milada bu barədə məlumat vermişdir. Milad Zahiri xəstəxanaya aparmağını, özlərini gələcəklərini desə də, Zahir xəsarətinin elə də ciddi olmamasına görə xəstəxanaya getmək istəməmişdir. Buna görə də məcbur olub Zahiri Badamdar qəsəbəsində olan sınıqçının yanına aparmışdır. Orada sınıqçı Zahirə baxıb topuq nahiyyəsinin ayağının çıxdığını, yerinə saldığını deyib çat ola biləcəyini bildirdi. Oradan çıxdıqdan sonra Zahiri evlərinə aparmışdır. Bundan sonra bir neçə gün Zahirin vəziyyəti maraqlanmış, bir neçə dəfə evinə gedib baş çəkmişdir. Zahir hər dəfə deyirdi ki, şirkət tərəfindən də ona köməklik edilməsini istəyir. Bu barədə şirkətə deyəndə şirkət tərəfindən 400 manat pul göndərilmişdir. Bundan başqa özü də Zahirə ümumilikdə 1960 manat pul vermişdir. Buna baxmayaraq Zahir Xəlilov xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Zahirin əmək müqaviləsi olmamışdır. Şirkət onunla fiziki şəxs olaraq yalnız podrat müqaviləsi bağlamışdır. Həmin podrat müqaviləsi əsasında qazanxana tikintisi işi ona tapşırılmışdır. Qeyd olunan işləri görərkən şirkətin Bahri adlı əməkdaşı nəzarət edirmiş.Təhlükəsizliklə bağlı tədbirlərin görülməsinə cavadeh şəxs podrat müqaviləsinə görə o olmuşdur. Lakin fiziki şəxs kimi bu müqaviləni bağlamışdır. İşçilərə, yəni Zahir və iki nəfər fəhləyə təhlükəsizliklə bağlı şifahi qaydada təlimatlar keçmiş, bununla bağlı hər hansı rəsmi sənəddə imza edilməmişdir. Fərdi mühafizə vasitəsi kimi işçilərə kəmər, əlcək, kaska, jilet verilmişdir. Hadisənin baş vermə səbəbi Zahirin özünün ehtiyatsız davranması nəticəsində pilləkənə çıxarkən yerə yıxılması və xəsarət alması olmuşdur. İş materiallarında olan X1 izahatından görünür ki, uzun müddət tikintilərdə beton tökmə işi ilə məşğul olmuşdur. Adətən günlük və ya saatlıq olaraq işə getmişdir. Heç bir şirkətin işçisi olmamışdır. Belə ki, əvvəllər bir yerdə işlədiyi Şəxs xx.xx.2024-cü il tarixdə zəng edərək Səbail rayonu, Badamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin həyətində qazanxana olduğı həmin yerdə beton tökmə işləri olduğunu bildirmişdir. Onunla razılaşıb xx.xx.2020-ci il tarixdə birlikdə qeyd etdiyi ünvana gəlmişlər və orada "xxxx" şirkət direktor müavini Milad adlı şəxslə tanış olmuşdur. Milad özünü şirkətin işlə aparan şəxs kimi təqdim edib, görəcəyi işi göstərmişdir. Miladla pul barəsi razılığa gəldikdən sonra xx.xx.2024-cü il tarixdə işə başlamışdırlar. İşi əsas qəlib qurmaq, karkazın toxumaq və beton tökməkdən ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə işimi yekunlaşdırıb xx.xx.2024-cü il tarixdə səhər saatlarda Qabil zəng edib məlumat vermişdir ki, Milad ona hörgü işlərini də görməyini bildirmişdir. Buna görə yenidən məktəbin həyətinə getmiş və işə başlamışdır. Saat 1 radələrində pilləkənə çıxıb iş görərkən pilləkən ayağının altından çıxmış və yerə yıxılıb sol ayağımdan xəsarət almışdır. Bundan sonra onu xəstəxanaya (sınıqçının yanına apardılar). Sınıqçı sol ayağının topuq və daban hissəs at olduğunu bildirib ayağına gips qoymuşlar. Hər gün gipsi dəyişilməli Şirkət tərəfindən ümumilikdə 350 manat pul verilmiş və ayağı sağalana qədər gündəlik 50 manat verəcəklərini dedilər. Lakin buna baxmayaraq şirkət tərəfindən heç bir maddi köməklik olmadığından Azərbaycan Respublikas DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Sonradan öyrənmişdir ki, xəsarət aldığım tarixdən sonrakı tarixdə yəni xx.xx.2024-cü il tarixdə köhnə tarixə yəni xx.xx.2024-cü il tarixdə podrat müqaviləsi imzatmış və bi məsuliyyəti onun üzərinə atmışdır. Şikayət və tələbi bundan ibarətdir ki, şirkət dəymiş zərəri ödəsin. Xəsarəti ilə bağlı xx.xx.2024-cü il tarixdə Respublika Xəstəxanasında Ziyad həkimin qəbulunda olmuşdur. Ayağının rentgenin çəkib gipsə qoymuşdurlar. Heç bir əmək müqaviləsi bağlanmamışdır. Orada gündəlik maaşa işləmişdir. Orada bir həftəlik işləri olmuşdur. Orada işləyən zaman heç bir təhlükəsizlik tədbirləri görülməmiş, bununla bağlı təlimatlar keçirilməmişdir. Təhlükəsizlik tədbirlərinin görülməsinə cavabdeh şəxs olmamışdır. Təhlükəsizliyinə özü nəzarət etmişdir. Fərdi mühafizə vasitəsi kimi yalnız əlcək verilmişdir, bundan başqa heç nə verilməmişdir. Hadisə zamanı beton yaş idi, orada şirkətin nəzarətçisi Bahriyə bildirmişdir ki, pilləkən sürüşə bilər. Lakin Milad tərəfindən tapşırıq verildiyini işi davam etdirməyini dedi. Məcbur qalıb işi davam etdirmişdir. Pilləkənə çıxarkən üzərində hər hansı bir qoruyucu tərtibat olmadığından yıxılıb xəsarət almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 10/676 saylı ekspert rəyinə əsasən qərarın birinci, ikinci, üçüncü və dördüncü sualları üzrə. Səbail rayonu, Badamdar qəsəbəsi 239 nömrəli tam orta məktəbin həyətində qazanxana tikintisinə cəlb olunmuş işçilər (konkret halda X3) fərdi mühafizə vasitələri verilmədən işə buraxıldığına, tikinti sahəsində qarmaq və başmaqlarla təchiz olunmamış nərdivanın istifadəsinə yol verildiyinə, nərdivanın etibarlı və dayanıqlı şəkildə quraşdırılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki Təhlükəsizlik Qaydaları”nın 3.1, 10.1, 10.7 və 10.11 bəndlərinin tələbləri pozulmuşdur. “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, № 624 ekspert rəyindən görünür ki, vətəndaş Z.T.Xəlilovun bədəni üzərində müəyyən edilmiş xəsarət - sol daban sümüyünün sınığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində iş zamanı pilləkəndan yıxılma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 198.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar