Məhkəmə qərarları › İş №3(009)-82/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-82/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-82/2025 04.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Su Nəqliyyatı polis idarəsinin istintaq bölməsinin müstəntiqi işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon prokurorluğundan daxil olmuş material üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, göstərilənlər doğru deyil,əvvəl ona kömək etmişdik məhkəmədə işi var idi, hansı ki, kömək edərkən sənədlərdə qrammatik səhvlər var idi bu səbəbdən də o bizə düşmən olmuş, daha sonra evdə olan balaca səsləri böyük səsmiş kimi qələmə verdiyini, övladlarına qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir, o, onu döyməmiş, ona və övladına xəsarət yetirməmişdir, Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş Şəxs inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Su Nəqliyyatı polis idarəsinin istintaq bölməsinin müstəntiqi işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 264-c-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə vət. Şəxs müəyyən edilmiş xəsarətlər başın tüklü hissəsində, alın-təpə nahiyəsinin mərkəzinin və sol təpəgicgah nahiyyəsinin səthi əzilmiş yaraları, sol yanağın yuxarı yarısnın sıyrığı bərk küt əşyanın törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın şəraitdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə fincanla vurma nəticəsində əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X3 almış olduğu xəsarətlər - başın ənsə nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə yəni xx.xx.2024cü il tarixdə baş nahiyəsinin bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsitəyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın selikli qişasının sağ yarısının əzilmiş yarası bərk küt əşyanın təsirindən, sağ əlin İ barmağının distal falanqasının ovuc səthnin səthi kəsilmiş yarası isə kəsici kənara malik əşyanın (şüşə qəlpəsinin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən üst dodağına əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il 3-2124 saylı rəyi ilə Zərərçəkmiş şəxs üst dodağın selikli qişasının sağ yarısının əzilmiş yarası, sağ əlin İ barmağının distal falanqasının ovuc səthnin səthi kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən üst dodağın selikli qişasının yarası bərk küt əşyanın təsirindən, digər xəsarət isə iti uclu və ya kənarlı əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda yəni, xx.xx.2024-cü il tarixdə yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakter və lokkalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsindən daha çox kənar şəxs tərəfındən yetirilməsinə uyğun gəlir. Şəxs başın tüklü hissəsində, alın-təpə nahiyəsinin mərkəzinin və sol təpə-gicgah nahiyəsinin səthi əzilmiş yaraları, sol yanağın yuxarı yarısının sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmış, müddəti qərarda göstərilən vaxtda yəni, xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Şəxs bədən səthində olan xəsarətlərin xarakter və lokalizasiyası onların şəxsin özü-özünə yetirilməsinə deyil, kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. X1 ənsə nahiyəsinin qançırı olmuşdur. Qeyd edilən xəsarət küt yaranma mexanizminə malik olmaqla, qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətin xarakter və lokalizasiyası onun şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə diskə baxış keçirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı yetkinlik yaşına çatmayana qarşı da törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi X2 barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar