Məhkəmə qərarları › İş №3(009)-826/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-826/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-826/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1964-ci ildə Ermənistan, Yerevan şəhərində anadan olmuş, Bakı şəhəri, N.Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev.39-da qeydiyyatda olmaqla yaşayan azərbaycanlı, subay, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 29.04.2022-ci il tarixli MN№1367851 seryialı inzibati xəta haqqında protokola əsasən Səbail rayonu, Azərbaycan prospekti 5 ünvanda yerləşən “Majesty” optik mağazasından dəyəri 300 manat olan eynək oğurlamışdır. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Onun tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında izahatı alınmış zərərçəkmiş şəxs X2 öz ifadəsində göstərmişdir ki, Şəxs tərəfindən ona vurulan maddi ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, məhkəmədən inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, lakin inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxslərin barışmasını və vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. İş üzrə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı Məhəmməd Gülmaliyevin 25.04.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. AR İXM-nın 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.10-cü maddəsiən əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Beləliklə məhkəmə inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını, ona vurulmuş maddi ziyanın ödənilməsini, zərəçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 53.0.10-cu maddəsinə əsasən inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar