Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-826/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli 00100-00576/** EP ***3515 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixdə P391KK136/BK108536 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********9651 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı Şəxs MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********7515 nömrəli qısa idxal bəyannaməsi ilə **********9651 nömrəli gömrük bəyannaməsinin 18-ci qrafalar arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından Şəxs MMC-nin ünvanına göndərilmiş mallar P391KK136/BK108536 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş, **********9651 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********7515 sorğu nömrəli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi A758KH126/AA998209 kimi qeyd edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Rəsmiləşdirmə Mərkəzinin rəis müavini tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn xx.xx.2024-cü il tarixində P391KK136/BK108536 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********9651 sorğu nömrəli GB ilə bəyan edilmiş mallara dair sənədlərin araşdırılması zamanı Şəxs MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********7515 nömrəli qısa idxal bəyannaməsi ilə **********9651 nömrəli gömrük bəyannanəsinin 18-ci qrafasında uyğunsuzluq aşkar edilmişdir. İş materiallarında olan ixracatçı şirkət tərəfindən göndərilən xx.xx.2024-ü il tarixli K********** saylı invoys sənədindən görünür ki, nəqliyyat vasitəsinin nömrəsi P391KK136/BK108536 kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü tarixli **********7515 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, nəqliyyat vasitəsinin nömrəsi A758KH126/AA998209 kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü tarixli **********9651 nömrəli gömrük bəyannaməsindən görünür ki, nəqliyyat vasitəsinin nömrəsi P391KK136/BK108536 kimi qeyd edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC- -nin nümayəndəsinin iştirakı təmin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-də operator broker vəzifəsində çalışır. Şəxs MMC tərəfindən Rusiyadan idxal edilən, P391KK136/BK108536 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan mallar **********9651sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Bildirmişdir ki, **********9651sorğu nömrəli gömrük bəyannaməsi və **********7515 sorğu nömrəli qısa idxal bəyannaməsi onun tərəfindən tərtib edilmişdir. Hər iki bəyannamə ixracatçı şirkət tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli K********** nömrəli invoys və cmr sənədləri əsasında tərtib edilmişdir. Bildirmişdir ki, Şəxs MMC-nin idxal etdiyi mal daima Rusiyada fəaliyyət göstərən X1” şirkəti tərəfindən həyata keçirilir və idxal edilən mallar daima A758KH126/AA998209 nömrəli nəqliyyat vasitəsi tərəfindən Şəxs MMC-nin ünvanına çatdırılır. 2024-cü il dekabr ayında sifariş olunan mal üçün qısa idxal bəyannaməsini tərtib edən zaman cmr sənədində nəqliyyat vasitəsinin nömrəsi P391KK136/BK108536 qeyd olunsada, yüklərin A758KH126/AA998209 daşındığını güman edib cmr sənədinə diqqət etmədən **********7515 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat nömrəsini A758KH126/AA998209 kimi qeyd etmişdir. A758KH126/AA998209 nömrəli nəqliyyat vasitəsinin sürücüsünün səhhətində problem yarandığı üçün mallar P391KK136/BK108536 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmişdir. Bundan xəbərdar olduqdan sonra **********9651sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat nömrəsini cmr sənədində olduğu kimi P391KK136/BK108536 qeyd olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 117 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-826/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-826/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver