Məhkəmə qərarları › İş №3(009)-828/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-828/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-828/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı şəhəri Səbail PRİ-nin 8-ci PB-nin sahə rəisi polis mayoru A.X.Əsgərov tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş MN N ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Səbail PRİ-nin 8-ci PB-nin sahə rəisi polis mayoru A.X.Əsgərov tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır, xx.xx.2020-ci il tarixində e-gov.az portalında adında olan cərimələrə baxarkən, xx.xx.2020ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 200 azn məbləğində cərimə olunduğunu görmüşdür. Belə bir hal baş vermədiyinə görə dərhal xx.xx.2020-ci il tarixində 102 Polis zəng edərək bu haqda məlumat vermişdir. xx.xx.2020-ci il tarixində Səbail rayon Polis İdarəsindən ona zəng edərək bildirilmişdir ki, şikayəti qeydə alnıb və tezliklə bu haqda ona məlumat veriləcək. Uzun müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədi və ona məlumat verilmədi. Daha sonra xx.xx.2021-ci il tarixində DİN-ə müraciət edərək, cənab Vilayət Eyvazova məktub göndərmişdir. xx.xx.2021-ci ildə məktubuna cavab olaraq bildirildi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun xitam olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. xx.xx.2021-ci il tarixində barəsində çıxarılan qərar Səbail rayon İcra Şöbəsinə göndərilib. xx.xx.2021-ci il tarixində icra şöbəsindən ona zəng olunub və qərarla tanış olmağı üçün onu icra şöbəsinə dəvət ediblər, həmin tarixdə qərarla tanış olmuşdur. Qeyd edir ki, xx.xx.2020 tarixində ümumiyyətlə yaşadığı evi tərk etməmiş, telefonunda həmin tarixə aid sms icazəsinə rast gəlməmişdir. Həmin zaman aralığında səhhətində olan problemə görə evdə olmuşdur. Hansı şəraitdə və necə cərimə olunduğu haqda məlumatsızdır. Barəsində qəbul edilmiş MN ******* nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, X2 xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 200 AZN məbləğində cərimə olunduğunu görmüş, xx.xx.2021-ci il tarixində icra şöbəsində qərarla tanış olmuşdur. Şikayət ərizəsi isə xx.xx.2021-ci il tarxində məhkəməyə daxil olmuşdur. Beləliklə, X2 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi barədə ərizəyə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Səbail PRİ-nin 8-ci PB-nin sahə rəisi polis mayoru A.X.Əsgərov tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda ona izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Səbail PRİ-nin 8-ci PB-nin sahə rəisi polis mayoru A.X.Əsgərov tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar