Məhkəmə qərarları › İş №3(009)-828/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-828/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-828/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında X10 Xidmətinin rəis müavini X4 İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat cərimə olunmuşdur. Həmin qərar onun barəsində tərtib olunmuş 14 aprel 22022-ci il tarixli, MN ******* nömrəli protokola istinadən qəbul edilib. Sözügedən protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktının Səbail RPİ-nin xx.xx.2022-ci il tarixli, 065-8369-1222 nömrəli məktubu ilə təsdiq olunduğu qeyd edilib. Bildirir ki, o xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmış və bu barədə ona Vergi xidmətindən müvafiq Arayış da verilmişdir. X10 Xidməti onun fəaliyyətinin dayandırılmasını araşdırmadan onun barəsində ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Odur ki, həmin qərar ləğv edilərək işə xitam verilməlidir. Barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surəti 26 aprel 2022-ci il tarixdə ona təqdim olunmuşdur, həmin vaxta qədər barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbərsiz olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X10 Xidmətinin onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti müdafiə edərək bildirmişdir ki, onun tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə heç bir şəxs cəlb edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8 şikayətə etiraz edərək təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib edilmiş 14 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev 11 ünvanında xx.xx.2022-ci il tarixdə X7 əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt AR DİN Bakı şəhəri Səbail RPİ-nin xx.xx.2022-ci il tarixli 065-8369-1222 nömrəli məktubu ilə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin MN ******* nömrəli, 25 aprel 2022-ci il tarixli qərarına əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydadaəmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. İş materiallarında olan X10 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən daxil olmuş Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev 11 ünvanında yerləşən “Avto 277” adlı yuyucu məntəqəsində yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X7 qeyri-rəsmi olraq işlərin yerinə yetirilməsinə cəlb olunması faktına dair məktuba baxıldığı, əlavə araşdırmaya ehtiyac olduğu üçün 14 aprel 2022-ci il tarixə saat 11:00-a “Avto277” yuyucu məntəsinin məsul şəxsi X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin arayışına əsasən vergi ödəyicisi X2 (VÖEN **********) sahibkarlıq fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev 11 ünvanında xx.xx.2022-ci il tarixdə X7 əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə (xx.xx.2022-ci il tarixdə) X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, X3 barəsində tərtib edilmiş protokola əsas AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X12 Üzrə Baş İdarəsinin arayışı ilə X2 (VÖEN **********) sahibkarlıq fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırıldığı müəyyən olunmuşdur. Belə olan halda isə həmin şəxs vəzifəli şəxs qismində qəbul edilərək barəsində əsassız olaraq inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, hazırki hal üzrə istinad edilən inzibati xətanın subyekti X3 deyildir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunan X2 təqsirli olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan X3 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar