Məhkəmə qərarları › İş №3(009)-83/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-83/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-83/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İXM-nin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli 00100-03151/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı X5 adına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “X12 İternational Trade CO. LTD” şirkətindən 12A44110/12A44210 nömrə nişanlı yük avtomaşının üzərində olan CULU ******* nömrəli konteynerdə 080723JL nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və **********8237 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km ünvanında yerləşən “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********8237 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 5-ci və 7-ci mal mövqelərindəki malların, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan “Hyundai” əmtəə nişanı adı altında malların reyestrə daxil edilməsi haqqında xx.xx.2020-ci il tarixli N1000/017 nömrəli, “KİA” əmtəə nişanı adı altında lalların reyestrə daxil edilməsi haqqında xx.xx.2020-ci il tarixli N1000/018 nömrəli sərəncama sasən malların eyni əmtəə nişanları altında olduğuna dair, yəni əqli mülkiyyət hüquqlarının pozulmasına dair əsaslı şübhələr yaranmışdır. Qeyd edilən faktla bağlı Bakı Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023cü il tarixdə araşdırma başlanılmışdır. İş üzrə ekspertizanın aparılması məqsədilə xx.xx.2023-cü il tarixdə 3-33-1100/2-009303/2023 nömrəli məktubla "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli 3-33-1100/2-009307/2023 nömrəli məktubla "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinə daxil olmuş "xxxx" MMC-nin cavab məktubunda “Hyundai” əmtəə nişanı olan malların kontrafakt ehtiyat hissələri olduğu qeyd adilmiş, rəyə qoşma olaraq “MOBİS X17 FZE” (Hyundai MQBİS) şirkətinin qeyd olunan ehtiyat hissələrinin kontrafakt olmasına dair məktubu əlavə edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinə daxil olmuş "xxxx" MMC-nin cavab məktubunda araşdırma aparılan malların orijinal olmadığı, kontrafakt olduğu, həmçinin, ehtiyat hissələrinin qablaşdırılmasının da kopyalandığı qeyd edilmişdir. İş üzrə əhəmiyyət kəsb edən məsələlərin həlli üçün xüsusi biliyə malik olan ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından, iş üzrə ekspertizanın aparılmas; Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. xx.xx.2023-cü il tarixli 3-33-1100/2-009305/2023 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/7386-5/1371/2023 nömrəli ekspert məlumat xarakterli məktubunda bildirilmişdir ki, ehtiyat hissələrinin orijinal olub-olmadığının müəyyən edilməsi üçün ixtisaslaşdırılmış müəssisələrə müraciət olunsun. İş materiallarına əlavə edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların siyahısından görünür ki, “X13” və “KİA Motors Corporation” şirkətlərinin müraciəti əsasında “Hyundai” və “KİA” əmtəə nişanlı mallar sözügedən siyahıya daxildir və hüquqlarının qorunma müddəti xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 448-ci maddəsində saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyqun olmayan malların idxal edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur.Nəticədə, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən hügugi şəxs yaratmadan sahibkarlığ fəaliyyəti ilə məşğul olarag belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən, İgtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi geydiyyata alınmış X8 vəzifəli şəxs hesab edilir. Nəticədə vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikasının İXM-nin 448-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi, gömrük xidməti polkovniki tərəfindən tərtib edilmiş raportdan görünür ki, idxalatçı X5 adına Çin Xalq Respublikasından 12A44110/12A44210 nömrə nişanlı avtomaşının üzərinə qoyulmuş CULU ******* nömrəli konteynerdə 080723JL saylı xx.xx.2023 -cü il tarixli invoys əsasında daxil olan və **********8237 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşən yükə gömrük yoxlaması keçirən zaman, bəyannamənin 5 və 7-ci mal ~ıövqelərindəki malların, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan Hyundai əmtəə nişanı adı altında malların reyestrə daxil edilməsi haqqında xx.xx.2020 ci il tarixli ,1000/017 nömrəli, KİA əmtəə nişanı adı altında malların reyestrə daxil edilməsi haqqında xx.xx.2020 ci il tarixli N1000/18 nömrəli sərəncama əsasən malların eyni əmtəə nişanları altında olduğu şübhələri yaşandığından müvafiq araşdırma aparılması üçün göstəriş verilməsini xahiş etmişdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında daxil olan və Çin Xalq Respublikasının “Xin X1 Trade CO. LTD” şirkəti tərəfindən göndərilən yükə baxış keçirilmişdir və şəkil nümunələri Hyundai və Kia markaların original ehtiyat hissələrinin rəsmi istehsalçısı və təchizatçısı olan Hyundai Mobis şirkətinə göndərilmişdir. Baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, üzərində ‘'Hyundai” əmtəə nişani olan həmin mallar (ehtiyat hissələri) kontrafakt ehtiyat hissələridir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Hyundai Mobis” tərəfindən göndərilən məktubdan görünür ki, araşdırmalardan sonra məhsulların saxta olduğunu təstiqlənmiş bu məhsulları ələ keçirmək və qarşısını almaq üçün lazımlı tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Çin Xalq Respublikasının “X1 Trade Co LTD” şirkətindən orijinal adı ilə daxil olmuş KİA markalı ehtiyat hissələrinin aparılan yoxlama zamanı orijinal olub olmamasının aşkarlanması üçün xx.xx.2023-cü il tarixdə bu sahədə təcrübəli əməkdaşlar cəlb olunmuş, cəmiyyətin bu sahədə təcrübəli işçilərinin X6 və X2 iştirakı ilə aparılan araşdırma zamanı ehtiyat hissələrinin orjinal olmadığı kontrafakt olduğu aşkarlanmışdır. Ehtiyat hissələrin üzərində olan etiketlərinin rənginin,formasının, çap versiyasının fərqli olması həmçinin ehtiyat hissələrinin sənədlərində ÇİN Xalq Respublikasından idxal olmasına baxmayaraq Koreya istehsalı kimi göstərilməsi də buna sübutdur.Həmçinin aparılan yoxlama zamanı ehtiyat hissələrinin qablaşdırılmasının da kopyalandığı aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli 1000/017 № sərəncamından görünür ki, hüquqlarının qorunması və malların reyestrə edilməs “X13" şirkətinin etibarnamə əsasında rəsmi təmsilçisi Sübhan Məmmədovun xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 281.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetiinin xx.xx.2012-ci il tarixli 323 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”nın 4.1bəndinə müvafiq olaraq: 1.X4 Təşkil və Ticarətin Asanlaşdırılmaşı Baş idarəsinə tapşırılsın ki, "X13 şirkətinə məxsus “Hyundai” əmtəə nişanı adı altında malların reyestrə alınması təmin edilsin.2. Komitənin tabeliyində olan aidiyyəti gömrük orqanlarına tapşırılsın ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan rhaİlänn reyestrə daxil edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl edilməsi üzərində nəzarətin həyata keçirilməsini təmin etsinlər. 3.Komitənin aparatının struktur bölmələri aidiyyəti üzrə səlahiyyətləri daxilində sərencamdan ireli gələn tədbirləri həyata keçirsinlər. 4.X3 İdarəsi sərəncamın aidiyyəti üzrə göndərilməsini təmin etsin. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi X5 Azərbaycan Respublikasının İXM-nin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməli, inzibati xətanın bilavasitə obyekti olan 22 adda dərman preparatı gömrük qaydalarına əməl edildikdən sonra X7 gei qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 448-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və saxta mallar müsadirə edilməklə, X9 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar