Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-830/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə əsasən “xxxx” MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0256/21 saylı, 06 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin ünvanına Türkiyyə Respublikasından 06GA1662/06FU0369 nömrəli nəqliyyat vasitəsində GİB**********001 nömrəli 21 yanvar 2021-ci il tarixli invovs üzrə idxal edilmiş və **********2957 sorğu nömrəli 26 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 01 fevral 2021-ci il tarixdə “İpək Yolu" gömrük postunun 2-ci anbarında gömrük əməkdaşı tərəfindən gömrük yoxlaması keçirilən zaman, GB-nin 1-ci mal mövqeyində 16 ədəd türkiyə mənşəli yağ filtri bəyan edildiyi halda, faktiki 24 ədəd filtr, yəni 8 ədəd artıq, onlardan 2 ədəd “Atlas Coppo” markalı və 6 ədəd “Mann filter” markalı yağ filtrin gömrük orqanına düzgün bəvan edilmədiyi, həmçinin gömrük bəyannaməsində və heç bir mal-müsayiət sənədlərində qeyd edilməyən 5 ədəd uşaq şalvarı, 9 ədəd pulover-jaket. 3 ədəd pijama, 6 ədəd idman dəsti. 1 ədəd başlıqlı pencək (kapşonka), 1 ədəd gödəkcə, 2 ədəd uşaq üçün don, 1 ədəd “Pasabahce “nişanlı süsə qab, 1 ədəd üzərində “Arzum” sözləri yazılmış mətbəx tosteri, 2 ədəd uşaq çantası, 1 ədəd noutbuk çantası, 1 ədəd telefon qabı (kabura), 3 ədəd ekran qoruyucusu (telefon ücün), 1 ədəd üzərində “Stanley 18 v” yazısı olan drel, 1 ədəd üzərində “Uonroc” sözləri yazılmış elektrik mişarı, 1 ədəd üzərində “Freely” sözləri yazılmış təzyiq ölçən cihazı, 2 ədəd üzərində “Sunphor” sözləri yazılmış termometr, 1 ədəd üzərində “UNİ-T” sözləri yazılmış rəqəmsal voltmetr, 1 ədəd üzərində “Tachometer” sözləri yazılmış rəqəmsal metr ölçən və 1 ədəd adval aşkar edilmişdir. 00100-0256/21 saylı inzibati xəta haqqında iş üzrə qeyd olunan malın əmətəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan malın əmətəəşünaslıq ekspertizası keçirilməsi zərurəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan maların 25 yanvar 2021-ci il tarixə olan orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, 9/832 saylı 30 mart 2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 22 adda malların ümumilikdə 25 yanvar 2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 1035 manat müəyyən edilmişdir. Nəticədə, “xxxx” MMC tərəfindən Azərbaycan Nəticədə, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi X2, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına etiraz etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/832 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 22 adda malların ümumilikdə orta bazar qiyməti təxminən 1035 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, **********2957 sorğu nömrəli gömrük bəyannaməsi ilə , GB-nin 1-ci mal mövqeyində 16 ədəd türkiyə mənşəli yağ filtri bəyan edildiyi halda, faktiki 24 ədəd filtr, yəni 8 ədəd artıq, onlardan 2 ədəd “Atlas Coppo” markalı və 6 ədəd “Mann filter” markalı yağ filtrinin gömrük orqanına düzgün bəyan edilmədiyi, həmçinin 5 ədəd uşaq şalvarı, 9 ədəd pulover-jaket, 3 ədəd pijama, 6 ədəd idman dəsti, 1 ədəd başlıqlı pencək (kapsonka), 1 ədəd gödəkcə, 2 ədəd uşaq üçün don, 1 ədəd “Pasabahce “nişanlı şüşə qab, 1 ədəd üzərində “Arzum” sözləri yazılmış mətbəx tosteri, 2 ədəd usaq çantası, 1 ədəd noutbuk çantası, 1 ədəd telefon qabı (kabura), 3 ədəd ekran qoruyucusu (telefon üçün), 1 ədəd üzərində “Stanley 18 v” yazısı olan drel, 1 ədəd üzərində “Uonroc” sözləri yazılmış elektrik mişarı, 1 ədəd üzərində “Freely” sözləri yazılmış təzyiq ölçən cihazı, 2 ədəd üzərində “Sunphor” sözləri yazılmış termometr, 1 ədəd üzərində “UNİ-T” sözləri yazılmış rəqəmsal voltmetr, 1 ədəd üz1 ədəd üzərində “Tachometer” sözləri yazılmış rəqəmsal metr ölçən və 1 ədəd adval gömrük bəyannaməsində və hec bir malmüşayiət sənədlərində qeyd edilmədiyindən, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci və 482.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, “xxxx” MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 1035 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 414 (dörd yüz on dörd) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “xxxx” MMC və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyektinin dəyəri olan 1035 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 417,50 (dörd yüz on yeddi manat əlli qəpik) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-830/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-830/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver