Məhkəmə qərarları › İş №3(009)-831/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-831/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-831/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 aprel 2021-ci il tarixli 00100-0667/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99NH518/99ZF518 nömrəli yük nəqliyyat vasitəsi ilə, OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoysla idxal edilmiş yüklər **********1621 sorğu nömrəli 29 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “392043 1000” saylı kod altında, 0 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə 1400-012/002-25/002078 saylı 31 mart 2021-ci il tarixli məktubla X1 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-012/003-25/001626 saylı 02 aprel 2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən Şəxs MMC tərəfindən OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoys üzrə idxal olunan malların məsaməli olmayan, bir üzü dekorasiya edilmiş, özüyapışmayan lentlər olub XİF MN üzrə “392049 1000” saylı kod altında təsnif edildiyi və 15 %-li gömrük rüsumu dərəcəsi ilə gömrük ödənişlərinə cəlb edilməli olduğu, nəticədə "Şəxs” MMC tərəfindən OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoys üzrə idxal edilmiş malların XİF MN kodunun gömrük orqanına düzgün bəyan edilməməsi nəticəsində idxal gömrük rüsumu üzrə 4734,31 manat, ƏDV üzrə 852,18 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5.40 manat olmağla ümumilikdə 5621.89 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu məlum olmuşdur. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, “Şəxs" MMC tərəfindən 07 yanvar 2021-ci il tarixdə ölkə ərazisinə idxal edilmiş və **********5399 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların da XİF MN üzrə kodu gömrük orqanına düzgün bəyan edilməmiş və ümumilikdə 2551,91 manat gömrük ödənişlərinin ödənilməsindən yayınılmış, lakin AR İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş əməl ilk dəfə törədildiyindən və ödənilməli olan əlavə gömrük ödənişləri ödənildiyindən “Şəxs" MMC barəsində başlanılmış inzibati xəta haggında işin icraatına Bakı Baş Gömrük İdarəsinin 00100/0190 nömrəli 02 fevral 2021-ci il tarixli Qərarı ilə xitam verilmişdir. Həmçinin, Şəxs MMC tərəfindən digər mal partiyasında idxal edilmiş malların XİF MN üzrə kodunun düzgün bəyan edilməməsinə görə AR İXM-nin 505-ci maddəsi ilə tərtib edilmiş 00100-0164/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, izahatında Şəxs MMC-nin adına OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş malların göndərən şirkətin təqdim etdiyi mal müşayiət sənədləri əsasında **********1621 sorğu nömrəli 29 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edildiyini, lakin, malların rəsmiləşdirilməsi zamanı XİF MN üzrə kodun düzgün bəyan edilmədiyi, nəticədə əlavə gömrük ödənişlərinin yarandığını öyrəndiklərini, idxal edilmiş malların XİF MN üzrə kodunun fərqli olduğunu və 15%-li gömrük rüsumu dərəcəsi ilə gömrük ödənişlərinə cəlb edilməli olduğunu əvvəlcədən bilmədiklərini bildirmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/008700 saylı 02 aprel 2021-ci il tarixli raport, **********1621 saylı, 29 mart 2021-ci İl tarixli gömrük bəyannaməsi, OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoys, 2200-012/003-25/001626 saylı 02 aprel 2021-ci il tarixli məktub və Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından AZ1044, ünvan 1 ünvanında qeydiyyatda olan "Şəxs" MMCnin ünvanına 99NH518/99ZF518 nömrəli avtomaşınla, OZM**********394 saylı 22 mart 2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********1621 sorğu nömrəli 22 mart 2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kodlar altında 0 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/003-25/001626 saylı 02 aprel 2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən Şəxs MMC-nin ünvanına OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoys üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələr “PVC Kenar Bandı düz 22x1.00 mm Bute Yüzey A194 Bej",“PVC Kenar Bandi düz 22x1.00 mm X7 204 X6", “PVC Kenar Bandı düz 30.00 mm X7 204 Metallik Nehir kumu", PVC X5 22x1.00 mm X8 72 Hareli Ceviz",“ PVC X5 30x1.00 mm X8 72 Hareli Ceviz" və “PVC X5 38x1 .OOmrn X8 72 Hareli Ceviz" adlı rulonlarda, qalınlığı 1 mm olan, kalsium karbonat (CAS 471-34-1) ilə doldurulmuş, 2 kütlə % dioktil ftalat (CAS 117-81-7) ilə plastifikasiya edilmiş polivinilxlorid (CAS 9002-86-2) əsaslı, məsaməli olmayan, bir üzü dekorasiya edilmiş, özüyapışmayan lentlər olub XİF MN-görə 3920 49 100 0 alt yarımmövqeyinə sinifləşdirilir və 15% idxal gömrük rüsumuna cəlb edilməli olduğu müəyyən olmuşdur. Beləliklə, **********1621 sorğu nömrəli 22 mart 2021-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş özüyapışmayan lentlər olub XİF MN-görə ********** alt yarımmövqeyinə sinifləşdirilildiyi halda əlavə yaranacaq rüsum: idxal gömrük rüsumu üzrə 4734.312 AZN, ƏDV üzrə 852.18 AZN, elektron gömrük xidməti haqqı üzrə 30 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.4 AZN təşkil edir. İş materiallarında olan X3 İdarəsinin 02 aprel 2021-ci il tarixli 2200-012/003- 25/001626 saylı Rəyindən görünür ki, Şəxs MMC-nin ünvanına OZM**********394 nömrəli 22 mart 2021-ci il tarixli invoys üzrə idxal olunan yükdən təqdim olunmuş nümünələr “PVC Kenar Bandi düz 22x1 .OOmrn Bute Yüzey A194 Bej",“PVC Kenar Bandi düz 22x1 .OOmrn X7 204 X6", “PVC Kenar Bandi düz 30x1.OOmrn X7 204 Metallik Nehir kumu", PVC X5 22x1 .OOmrn X8 72 Hareli Ceviz",“ PVC X5 30x1.OOmrn X8 72 Hareli Ceviz" və “PVC X5 38x1.OOmrn X8 72 Hareli Ceviz" adlı rulonlarda, qalınlığı 1 mm olan, kalsium karbonat (CAS 471-34-1) ilə doldurulmuş, 2 kütlə % dioktil ftalat (CAS 117-81-7) ilə plastifikasiya edilmiş polivinilxlorid (CAS 9002-86-2) əsaslı, məsaməli olmayan, bir üzü dekorasiya edilmiş, özüyapışmayan lentlər olub XİF MN-görə 3920 49 100 0 alt yarımmövqeyinə sinifləşdirilir. İş materiallarında olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 02 fevral 2021-ci il tarixli 00100/0190 saylı Qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-0163/21 nömrəli iş üzrə craata vurulmuş ziyanı tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci cəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMCyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 3935.32 (üç min doqquz yüz otuz beş manat 32 qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar