Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-833/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri DYPİ-nin 29 iyul 2020-ci il tarixli, TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin polis mayoru X3 tərəfindən tərtib edilmiş 29 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 28 iyul 2020-ci il tarixində saat 09:14-də Bakı şəhər, Səbail rayonu, İstiqlaliyyət küçəsi ərazisində AR İXM-nin 211.1-ci maddəsinə əsasən eyni tarixli, İXP3428517 nömrəli protokol əsasında cərimə olunmuşdur. Bildirmişdir ki, istifadəsində olan “Renault 19” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında istifadə edir. Onun barəsində tərtib olunmuş protokola 29 iyul 2020-ci il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Onun barəsində tərtib olunmuş protokol və qərar barədə məlumatı olmamışdır. Belə ki, sonuncu dəfə cərimə ödəmək üçün sistemə daxil olduqda həmin vaxt adında sözügedən cərimənin olduğunu görmüşdür. Bundan sonra isə, yaşadığı yer üzrə Nərimanov RPİnə müraciət etmiş onlar isə onu Bakı şəhər BDYPİ-nə yönləndirmişlər. Ancaq bundan sonra onun barəsində tərtib olunmuş 29 iyul 2020-ci il tarixli TP ******* nömrəli qərarı təqdim etdilər. Həmçinin, həmin qərarı 16 mart 2021-ci il tarixində qəbul etmişdir. Qeyd edildiyi kimi, barəsində tərtib olunmuş protokol və qərar barəsində heç bir məlumatı olmamışdır. Onun ünvanına heç bir məktub göndərilməmişdir. Həmçinin, bildirmək istəyir ki, həmin avtomobili ondan başqa bir neçə şəxslər də etibarnamə əsasında istifadə edirlər lakin, hesab edir ki, sonuncu etibarnamə onda olduğu üçün cərimə məhz onun adına yazılmışdır. O, sözügedən qərar ilə razı deyil və hesab edir ki, 29 iyul 2020-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, onun hüquqları kobud şəkildə pozulmuşdur. Barəsində qəbul edilmiş 29 iyul 2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edib izahatında göstərmişdir ki, sonuncu etibarnamə onun adına olsa da qeyd edilən xəta barədə məlumatı olmamış, həmin xəta ilə əlaqədar ona heç bir cərimə tətbiq edilməmişdir. Həmin avtomobil onun qardaşı tərəfindən idarə olunur və ehtimal edir ki, inzibati xəta hadisəsi də onun tərəfindən törədilmiş ola bilər. Ona görə də barəsində qəbul edilmiş 29 iyul 2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün YPX inspektoru X6 ifadəsində göstərmişdir ki, 28 iyul 2020-ci il tarixində saat 09:14-də Bakı şəhər, Səbail rayonu, İstiqlaliyyət küçəsi “Renault 19” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılarkən sürücünün şəxsiyyəti dəqiqləşdirilmiş və onun barəsində protokol tərtib edilmişdir. Sürücünün şəxsiyyəti təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında, şəxsiyyət vəsiqəsi olmadıqda sürücünün şifahi olaraq bildirdiyi ad soyadı əsasında komputerdə yoxlanılır. Məhkəmə proses iştirakçısının izahatını və şahidin ifadəsini dinləyib, şikayət ərizəsinə və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 şikayət ərizəsində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Belə ki, şikayətçi məhkəməyə avtomobilin onun deyil, başqası tərəfindən idarə edildiyi ilə bağlı qeyd etdiklərini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin 29 iyul 2020-ci il tarixli, TP ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin 29 iyul 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri DYPİ-nin 29 iyul 2020-ci il tarixli, TP ******* saylı iinzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-833/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-833/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver