Məhkəmə qərarları › İş №3(009)-835/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-835/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-835/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00622 saylı 12 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3-33- 1100/029/003096 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Türkiyə Respublikasından 90ZN837/99ZC837 dövlət nömrə nişanlı avtomaşınla, FUR**********002 nömrəli 12 yanvar 2024-cü il tarixli invovsla müşayiət olunan və Bakı Bas Gömrük İdarəsində **********2984 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “SLine" MMC adına gələn yüklərə 03 fevral 2024-cü il tarixində 2 nömrəli gömrük anbarında gömrük yoxlaması keçirilmişdir. Gömrük bəyannaməsinin 1-ci mal mövgeyində mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar 219 dəst bəyan olunsada baxış zamanı faktiki olarag 58 ədəd 1.10*0.70*0,14 ölçülü. 309 ədəd 1.32*0.82*0.14 ölçülü mətbəxdə istifadə olunan masalar, 1158 ədəd oturacag stullar aşkar edilmişdir. Ümumi olarag 148 ədəd artıq mətbəxdə istifadə olunan masalar(58 ədəd 1.10x0.70 ölçülü, 90 ədəd 1.32x0.82 ölçülü), 282 ədəd mətbəxdə istifadə olunan oturacag stulların artığ olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi X2, "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləyən X1 və “Həsənoğlu” nəgliyyat şirkətində Sürücü ilə məşğul olan X3 izahatı alınmışdır. İnzibati xətanın bilavasitə obyekti olan gömrük organına düzgün bəyan edilməyən 58 ədəd 1.10*0.70*0.14 ölçülü. 90 ədəd 1.32*0.82*0.14 ölçülü mətbəxdə istifadə olunan masaların, 282 ədəd oturacag oturacag stulların Qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədgigatının aparılması zərurəti yarandığından 3-33-1100/2-000661/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haggında Qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1150 saylı, 22.02,2024-cü il tarixli ekspert rəyində inzibati xətanın bilavasitə obyekti olan mətbəxdə istifadə olunan 1,10 x 0,70 x 0,14 m ölçülü 4 avaglı stolun 1 ədədinin Qiyməti 100 manat olmağla 58 ədədinin Qiyməti 5800 manat, mətbəxdə istifadə olunan 1,32 x 0,82 x 0,14 ölçülü 4 avaglı stolun 4 ədədinin Qiyməti 110 manat olmağla 90 ədədinin giyməti 9900 manat və süni dəri üzlüklü mətbəxdə istifadə olunan metal avaglı stulların 1 ədədinin giyməti 25 manat olmağla 282 ədədinin Qiyməti 7050 manat təşkil etdiyi gevd olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 fevral 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda əşyaların ümumilikdə 19 yanvar 2024-cü il tarixə orta bazr qiyməti təxminən 22750 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Bakı Bas Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3- 33- 1100/029/003096 nömrəli 06 fevral 2023-cü il tarixli raporta əsasən Türkiyə Respublikasından 90ZN837/99ZC837 dövlət nömrə nişanlı avtomaşınla, FUR**********002 nömrəli xx.xx.2024-cü il tarixli invovsla müşayiət olunan və Bakı Bas Gömrük İdarəsində **********2984 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan “S-Line" MMC adına gələn yüklərə xx.xx.2024-cü il tarixində 2 nömrəli gömrük anbarında gömrük yoxlaması keçirilmişdir. Gömrük bəyannaməsinin 1-ci mal mövgeyində mətbəxdə istifadə olunan stulları ilə birlikdə 4-lü masalar 219 dəst bəyan olunsada baxış zamanı faktiki olarag 58 ədəd 1.10*0.70*0,14 ölçülü. 309 ədəd 1.32*0.82*0.14 ölçülü mətbəxdə istifadə olunan masalar, 1158 ədəd oturacag stullar aşkar edildiyindən, Şəxs QAPALİ SƏHMDAR CƏMİYYƏTİ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi var və ona bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin, yəni 22750.00 manat məbləğində pul vəsaitinin otuz faizi məbləğində, yəni 6825 (altı min səkkiz yüz iyirmi beş manat) AZN məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi var və ona bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz dəyərinin, yəni 22750.00 manat məbləğində pul vəsaitinin otuz faizi məbləğində, yəni 6825 (altı min səkkiz yüz iyirmi beş manat) AZN məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar